APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində R.Əzizovun qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Astara Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimində çıxış edənlər şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Şəhid R. Əzizov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.
Qeyd edək ki, noyabrın 20-də saat 12.45 radələrində ermənilərin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsində “N” saylı hərbi hissədə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Rüstəm Əzizov döyüş postunda ikən düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub. R.Əzizov həqiqi hərbi xidmətə Astara rayonundan çağırılıb. O, 2015-ci ilin yanvar ayında tərxis olunmalı idi.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









