
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Азербайджанская постмодернистская литература” (“Azərbaycan postmodern ədəbiyyatı”) monoqrafiyası işıq üzü görüb.
Müəllifin sayca 6-cı, rus dilində isə ilk monoqrafiyası olan kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevadır.
Müasir Azərbaycan ədəbiyyatının postmodernist kontekstinə həsr edilən kitab müstəqillik dövrü ədəbiyyatımızda postmodernist poetikanın təzahürlərinin sistemli şəkildə tədqiqini təqdim edən ilk monoqrafik araşdırmadır. Monoqrafiyanın ön söz müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Giriş”, “Postmodernizm və milli ədəbiyyat konsepsiyası”, “Azərbaycan ədəbiyyatında postmodern paradiqma”, “Azərbaycan postnodern ədəbiyyatında dekonstruksiya və dekanonizasiya”, “Postmodern poetika Azərbaycan ədəbiyyatı kontekstində” və nəticə hissələrindən ibarət olan araşdırmada postmdoernizm cərəyanı bütün aspektləri ilə araşdırılmış və bu cərəyanın Azərbaycan ədəbiyyatında mövqeyi müəyyənləşdirilmişdir.
“Mütərcim” nəşriyyatında çap olunan monoqrafiya 288 səhifədən ibarətdir.
science.gov.az
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








