Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Mingəçevirdə 2003-cü illə müqayisədə 2019-cu ildə məhsul buraxılışı 1,1 dəfə, kənd təsərrüfatı 1,1 dəfə, əsas kapitala yönəldilmiş vəsait 52,7 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübünə qədər şəhərdə 19 min 755 yeni iş yeri yaradılıb və bu il ödənişli əsaslarla 905, pandemiya ilə əlaqədar isə 762 müvəqqəti iş yeri açılıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









