
Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin bu ilin aprelində Bosniya və Herseqovinaya rəsmi səfəri və səfər zamanı aparılmış müzakirələrin önəmi vurğulandı, həmin səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının önəmi qeyd edildi.
Bəyannamədə qarşıya qoyulan vəzifələrin hazırda həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı münasibətlərimizin hərtərəfli inkişafından məmnunluq ifadə olundu, iqtisadi-ticari əlaqələrin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi. Xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı, ölkələrimizin aidiyyəti nazirlikləri və təşkilatları arasında bu sahədə görüşlərin keçirildiyi bildirildi, qarşıya qoyulan iqtisadi və investisiya layihələrinin reallaşdırılması üzrə müzakirələrin aparıldığı qeyd olundu.










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

