
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı ilə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirərək, dəvəti qəbul etdiyinə və Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə etdi, bu Zirvə Görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident Sərdar Berdiməhəmmədova minnətdarlığını bildirdi. Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









