
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, 24News.ge və aktual.ge informasiya portalları Azərbaycan Prezidentinin çıxışından materiallar yayıblar.
“Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi” və “Azərbaycanda 2022-ci il “Şuşa ili” olaraq elan olunub” sərlövhəli materiallarda Prezident İlham Əliyevin fikirləri oxucuların diqqətinə çatdırılıb.
Azərbaycan Prezidentinin nitqinə istinadən yayılan materiallarda İslam Əməkdaşlıq Təşkilatının ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilat olduğu, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin Prezident tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır.
Eyni zamanda, Ali Baş Komandanın dekabr ayında NATO və Avropa İttifaqına uğurlu səfərləri, NATO-nun öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edildiyi xüsusi qeyd olunur.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bir daha dəstəkləndiyi oxucuların diqqətinə çatdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
