Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırılıb. Həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcəklər.
Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları ilə danışıqlar aparıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr davam etdirilir. O deyib: “Bizə bildirdilər ki, məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər. Biz isə humanitar məqsəd və missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına çatdırdıq. Vəziyyətdə hər hansı dəyişiklik olsa, bizə məlumat veriləcəyini söylədilər”.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərdiyi humanitar yardım Ağdam-Xankəndi yolundadır. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









