…Dağlıq Qarabağ bölgəsində yaşayan və elə bir ehtiyatı olmayan 100 mindən bir qədər çox erməni 7 milyonluq əhalisi olan ölkəyə qarşı geniş miqyaslı hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizini işğal edə bilməz. Respublikanın Dağlıq Qarabağ bölgəsinin 50 min azərbaycanlı əhalisinin hüquqlarını inkar etməyə cəhd göstərilir. Etnik təmizləmə nəticəsində onlar Şuşa, Xocalı, Xocavənd, Hadrut və Ağdərə rayonlarından tamamilə qovulmuşlar…