…Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-ci ildən başlayıbdır. Bu təcavüz nəticəsində məlum səbəblərə görə Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla yerindənyurdundan çıxarılıb, didərgin düşüb, əksəriyyəti çadırlarda yaşayır. Onlar həmin təcavüz zamanı həyatlarını xilas edənlərdir. Ancaq on minlərlə insan vətənimizin torpaqlarını müdafiə edərkən həlak oldu, şəhid oldu, uşaqlar da şəhid oldular. Əsir düşən insanların içərisində uşaqlar da vardır. Bu, XX əsrin sonunda Azərbaycan xalqı nın başına gəlmiş faciədir. Bu faciənin ən dəhşətli hadisəsi Xocalı soyqırımıdır.
Dünyaya məlumdur və bu gün də hamı bilməlidir ki, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın böyük bir yaşayış məntəqəsi olan Xocalıda insanların vəhşicəsinə qırılması, demək olar ki, XX əsrin, ümumiyyətlə
bəşər tarixinin ən dəhşətli, qara səhifələrindən biridir, cinayətlər içərisində ən dəhşətli cinayətdir. Burada təkcə insanların tələf olmasından
söhbət getmir. İnsanların vəhşicəsinə işgəncə verilərək öldürülməsindən, onlara edilən zülmdən, sözün əsl mənasında soyqırımından söhbət gedir. Bunlar hamısı Azərbaycanda həm ictimai-siyasi mühitə təsir edibdir, həm respublikamızın social vəziyyətini gərginləşdiribdir, həm də insanların səhhətinə, sağlamlığına
çox zərər gətiribdir. Həmin insanların içərisində zərər çəkmiş uşaqlar da var. Bir milyon insanın yerindənyurdundan didərgin düşənlərin əksəriyyəti, çadırlarda yaşayan qaçqınların 400 mini uşaqlardır. Bu, dəhşətli bir mənzərədir…