…1992-ci il fevralın 26-da ən müasir silahlar və texnika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdilər, yüzlərlə günahsız mülki əhaliyə – qadınlara, qocalara, uşaqlara amansızcasına divan tutdular. Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil, bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi. Əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aksiyaları törədilmişdir. Amma Xocalı soyqırımı bunların ən dəhşətlisi olmuşdur…
…Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edərkən onların qarşısında hər birimizin vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməkdir…
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









