…Hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan artıq qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün öz doğma torpağına qayıda bilmirlər. Çünki Ermənistanın işğalçı siyasəti bu gün də davam edir.
Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı törədildi, günahsız insanlar, onların içində qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirildi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı. Yəni, həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqırımı törədildi. Bu soyqırımını, bu vəhşiliyi törədənlər hələ ki, dünya birliyi tərəfindən adekvat qınaqla üzləşməyiblər…