XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) ictimai-iqtisadi, siyasi, mədəni, ideoloji mərkəzi olmuşdur. Azərbaycan, İran, Cənubi Türkmənistan və müasir Əfqanıstan (Bəlx vilayəti istisna olmaqla),İraqi-Ərəb və s. ərazilər Səfəvilər dövlətinin sərhədləri daxilində idi.Azərbaycan Səfəvilər dövlətinin əsasını I Şah İsmayıl qoymuşdur.

Mükəmməl təhsil və tərbiyə almış İsmayıl 1499-cu ildən etibarən gərgin hərbi-siyasi fəaliyyətə qoşuldu. 1501-ci ildə şahlıq taxtına yiyələnmiş, yeni dövlət qurmuş I İsmayıl qısa müddət ərzində bu dövləti qüdrətli imperiyaya çevirdi. Səfəvilər dövlətini idarə edən sülalənin adı mənşəcə Azərbaycan türkü olmuş Səfəviyyə təriqətinin başçısı Şeyx Səfiəddin İshaq Ərdəbilinin adı ilə bağlıdır.
Səfəvilər dövlətinin paytaxtı müxtəlif vaxtlarda Təbriz (1501-1555), Qəzvin (1555-1598) və İsfahan (1598-ci ildən) şəhərləri olmuşdur. Səfəvilər dövlətinin ictimai, iqtisadi, mədəni cəhətdən ən çox inkişaf etmiş əyaləti Azərbaycan idi.
Azərbaycanın qızılbaş tayfaları (dövlətin mənbələrdə “Qızılbaş dövləti” kimi qeyd olunması da məhz bu tarixi gerçəklikdən qaynaqlanır) və Ərdəbil feodalları Səfəvilər dövlətində aparıcı rol oynamışlar. I Şah İsmayılın oğlu I Təhmasib də Azərbaycan torpaqlarının birləşdirilməsi siyasətini davam etdirirdi. 1538-ci ildə Şirvanşahlar dövləti ləğv edildi və Səfəvilər dövlətinə qatıldı, 1551-ci ildə isə Şəki ərazisi Azərbaycan Səfəvilər dövlətinə birləşdirildi. XVII əsrin sonlarından başlayaraq Səfəvi dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrünə qədəm qoydu. 1736-cı ilin martında Nadir Əfşar Muğanda tacqoyma mərasiminə toplaşmış feodallar tərəfindən şah elan edildi. Beləliklə, Səfəvilər sülaləsinin hakimiyyətinə rəsmən son qoyuldu.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.126