
Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, dekabrın 30-da ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.
AZƏRTAC xəbər verir ki, ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır.
Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Başqanlığının (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.
Yardım karvanının yola salınması mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








