
Əbu-Dabidə “əl-Vasbə” meydanında Şeyx Zayed Festivalı çərçivəsində BƏƏ-nin milli bayramı – müstəqilliyinin 54-cü ildönümünə həsr olunan “Birləşmə yürüşü” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, nazirlər və digər yüksəksəviyyəli rəsmilər, eləcə də BƏƏ əhalisini təşkil edən ərəb qəbilələrinin başçıları və digər təmsilçiləri, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.
BƏƏ-nin Dövlət Himni səsləndiriləndən sonra milli rəqs kollektivləri çıxış edib, milli mahnılar səsləndirilib, “əl-azi, ayalə və nədəbə” adlı şeir deyişmələri ilə müşahidə olunan yarışma keçirilib, eləcə də at və dəvə üzərində süvari dəstələrinin maraqlı performanslar təqdim olunub. Bundan başqa, BƏƏ-nin hərbi hava qüvvələrinin təyyarələri səmada uçuşlar edərək dövlət bayrağının mənzərəsini yaradıblar.
Tədbirə qonaq qismində qatılan Azərbaycan süvariləri dəstəsi “Azerbaijan – Land of Fire” şou-kompozisiyasını təqdim edib. Tamaşaçılar öz gözəlliyi ilə seçilən Qarabağ atlarının iştirakı ilə zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimizin müşayiəti ilə təqdim olunan qeyri-adi performansları böyük heyranlıq və maraqla izləyiblər.
Azərbaycan təmsilçilərinin iştirakı BƏƏ-nin televiziya kanallarında canlı yayımlanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









