Azərbaycan ərazisində erməni dövləti yaratmaq məqsədi ilə tərtib etdilən plan və layihələr heç də birdən-birə yaranmamış, düşünülmüş şəkildə, mərhələlərlə ortaya qoyulmuşdu.
1667-ci ildə Üçkilsədə erməni katolikosu Hakop Culfalının (1655-1680) rəhbərliyi ilə keçiriləngizli yığıncaqda ermənilərin Cənubi Qafqazda təxribatçı fəaliyyətini gücləndirmək, Səfəvi dövləti əleyhinə silahlı üsyan qaldıran gürcü çarı XI Georgi və Kaxet çarı Arçillə birləşərək Qərbi Avropa dövlətlərinə və Moskva çarına kömək üçün müraciət etmək qərara alınır.Erməni tacirlərinə qoşularaq Venetsiyaya, oradan isə digər Avropa dövlətlərinə üz tutan Zəngəzur məliyinin oğlu İsrail Ori onlara “bədbəxt erməniləri müsəlmanların zülmündən xilas etmək”üçünona köməklik göstərmsini və Avropa hakimlərini dəbu avantüraya cəlb etmək üçün “Erməni çarlığı”nıxilas edib, yaradıcılacaq erməni taxt-tacına başçılıq etmələrini təklif etmişdir[bax: 27, 1-21; 13, XV-XVI].1699-cu ilin aprelində İrəvan bölgəsinə gələn İsrail Ori özü ilə Qarabağ məliklərinə və gürcü çarına Pfals Kür-fürstü İ.Vilhelim tərəfindən göndərilən “ümidverici məktub” gətirsə də burada planları baş tutmadı. İ.Ori Alban katalikosluğunun yerləşdiyi Gəncəsər monastırına gələrək burada 5 yepiskopun iştirakı ilə yığıncaq keçirsə də buradan darədd cavabı aldı [27, XXI-XXII; 3, 5-6].
Alban katalikosluğundan rədd cavabı alan Ori həmin il aprelində Zəngəzura məlik Safrazın Angeqakot adlanan kiçik bir mülkünə gələrək onu öz planları ilə tanış etdi. Burada o, məlikləri toplayaraq knyazın məxvi məktubunu öz şəxsi izah və əlavələri ilə oxudu. Müşavirədə məliklər Orinin təklifi ilə razılaşaraq vardapet Minası da ona qoşdular və Avropa dövlətlərinə, eləcə də rus çarına müraciət etməyi qərara aldılar[27, XXII-XXIII; 13, 190-191].Burada digər bir saxtakarlığı da qeyd etmək yerinə düşərdi. Ori Zəngəzur məliklərinə ağ vərəqlərə imza atdıraraq onlardan topladı [bax: 13,193].İ.Ori xristian məliklərinə ağ vərəqlərə imza atdırmışdı ki, Avropa hakim-lərinə təqdim edəndə həmin vərəqlərə istənilən saxta əlavələrini edə bilsin.
Saxta müraciətdə əks olunan bütün iddialar əslində İ.Orinintarixi Azərbaycan torpaqlarıələ keçirmək üçün hazırlayacağı layihəsinin əsasını təşkil etdi. Həmin layihədə:“1)Tərkibinə təkcə sadə adamların deyil, şahzadələrin və hökmdarların da qatılacağı bir sıra səlibçi təşkilatlar yaradılması; 2)Avropa səlibçi ordusunun“İran Ermənistanı”na (tarixi Şimal-Qərbi Azərbaycan torpaqları nəzərdə tutulur – G.N) girməsindən sonra yerli xristian əhalinin də silahla onlara yardım etməsi; 3)Avropada qurulacaq yüngül silahlanmış süvarilərdən ibarət ordunun Türkiyə ərazisindən keçməsi mümkün olmadığından onların Avstriya və Rusiyadan keçərək Xəzər dənizi sahillərinə gəlməsi; 5)Şahzadə İohan Vilhelimin də 5-6 min nəfərlik hərbi qüvvə verməsi, alınmasa bu qüvvəni müttəfiqlərdən toplayaraq təmin etməsi; 6)Həmin hərbi qüvvə Polşa və Rusiya ərazisindən keçdiyi zaman oradakı erməni tacirləri tərəfindən maddi tələbatlarının və ərzaqlarının ödənilməsi; 7)Təşkil edilmiş səlibçi ordunun Volqadan gəmilərlə Xəzərə gəlməsi, Bakı və Şamaxını işğal etməsi; 8)1700-cü ilin baharında ermənilərin də üsyan qaldıraraq Avropanın səlibçi ordusu ilə birləşməsi;9)Ermənilərin silah, pul, canlı qüvvə ilə kömək edərək savaşın bütün məsrəflərini təmin etməsi;10)Şamaxıdan 11 min (?) erməni süvarisi və bütün “Ermənistan”dan 200 minə (?) qədər döyüşçü verilməsi;11)Bu müttəfiq ordusunun Naxçıvanı, İrəvanı, Təbrizi – bütün İran Ermənistanını alaraq şahzadənin ixtiyarına verməsi” və s. məsələlər əks olunmuşdu [bax: 9, 744-745].
1699-cu ildə yenidən Almaniyaya qayıdan İ.Ori xristian məliklərə imzalatdırdığı saxta məktubu və “Şərqi Ermənistan”ın ələ keçirmək haqqında36 maddədənibarət layihəsini (Pfals layihəsi – G.N.) Pfals Kürfürsti Y.Vilhelmə təqdim etdi [27, 28-44]. Q.Ezovun kitabından geniş şəkildə faydalanan erməni tarixçiləri nədənsə bu sənədi şərh etməkdən, onun tərcüməsini verməkdən çəkinirlər. Hətta Q.Ezovun özü də Münhen dövlət arxivindən əldə olunmuş bu sənədi tərcümə et-məmiş, olduğu kimi latın dilində saxlamışdır. Sənəddə Avropa dövlətlərinə əsasən öz qüvvələri hesabına “Ermənistanı” azad etmək, əvəzində erməni qriqoryan kilsəsinin Roma katolik kilsəsi naminə dini güzəştlər edəcəyi və yeni yaranacaq “erməni dövlətinin” taxt-tacı vəd edilir. Layihədə Səfəvi imperiyasına məxsusbütün Cənubi Qafqaz və Şimali İran əraziləri, yəni Azərbaycan torpaqları, Azərbaycan şəhərləri erməniləşdirilərək təqdim edilir. 36 maddəlik layihənin 24-cü və 29-cu bəndlərində ermənilərin sayı və çıxara biləcəyi qüvvələr fantastik həddə şişirdilmişdir [bax: 27, 35, 38]. İ.Ori Yohan Vilhelmi şirnikləndirmək üçün xristian məliklərin adından ona fantastik vədlər verirdi. Məsələn: Əgər o, (Vilhelm – G.N) Səfəvi dövləti ilə müharibə edərsə Vərəndə 6, Kustasfi 10, Böyük Qafan 60, Sisyan 6, Gəncə 15, Lori 6, Geqarkuni 15, Zəngəzur 5, İrəvan 15, Dərələyəz 10, Naxçıvan 5 min, Şərur 10, Əylis 6, Mehri 3, Göyçə 5 min nəfərlik qüvvə ilə yardım edəcəkdir [bax: 27, 35-36]. Layihədə təqdim olunan bu fantastlk rəqəmlər İ.Orinin nədən məliklərə ağ vərəqə qol çəkdirməsinin niyyətini açıqlayır.
Beynəlxalq şərait bu dövrdə Avropa dövlətlərini Osmanlı imperiyası ilə birbaşa ziddiyyətlərə girməkdən çə-kindirirdi. “Müqəddəs birliyin” Osmanlı dövləti ilə müharibəsi yenicə başa çatdığına görə Avropanın xristian dövlətləri onlar üçün kifayət qədər əlverişli olan Karlovça (1699) sülhünü pozmaq istəmirdilər. Bu səbəbdən də onlar Osmanlı imperiyasının qüdrətini sarsıtmaq üçün ələ düşmüş bu fürsətdən istifadə etməkdən çəkinərək, erməni layihələrinin gerçəkləşdirilməsini bu məsələdə daha maraqlı olan Rusiyaya yönəltməyə səy göstərdilər.
1700-cü ilin yazında Moskvaya gələn Ori və vardapet Minas Zəngəzurda xristian məliklərə imzalatdıqlarıağ vərəqlərə saxta müraciət yazaraq I Pyotra təqdim etdilər. A.İoannisyanın redəktəsi ilə tərtib olun-muş sənədlər toplusunda həmin sənədi şərh edən erməni müəllifi özü də bu faktı etiraf etməli olur: “1699-cu il, aprelin 29-da Qafan məlikləri tərəfindən Rusiya çarı I Pyotra ünvanlanmış müraciət əslində bir qədər gec – Avropada siyasi vəziyyətin dəyişməsindən sonra tərtib edilmişdi” [13, XVI]. Bu saxta müraciətdə Səfəvi dövlətinin tərkibində yaşayan ermənilərin “acınacaqlı vəziyyəti” bədii ifadələrlə təsvir edilir, I Pyotrdan erməniləri “Babil əsa-rətindən” xilas etməsi və onları himayə etməsiyazılsa da,yürüşün əlverişli planları və bir çox məsələləriİ.Ori və onun köməkçisi vardapet Minasınşifahi şəkildə çatdıracağı bildirilirdi [bax: 27, 24-27; 13, 190-193]. Aydındır ki,yazılı şəkildə çatdırılması təhlükəli olan və şifahi şəkildə çatdırılması nəzərdə tutulan “bir çox məsələlər” məhz Səfəvi dövləti əleyhinə hazırlanacaq tədbirlər idi.
1701-ci il iyunun 30-da İsrail Ori və Minas Tiqranyantsa I Pyotrla görüşmək müyəssər oldu. İ.Orinin tərtib etdiyi layihəsində:
1)Alman əsgərlərinin Rusiya torpağından keçməsinə rus çarının razılıq verməyəcəyi halda ermənilər rus əsgərlərindən yararlanacaqdı. Türklər ermənilərə qarşı hərəkətə keçsə şahzadə də müvafiq olaraq Avropa hökmdarlarının qüvvələri ilə birgə ermənilərə Avropa istiqamətindən yardım edəcəkdir; 2)Bu əsgərlər Rusiya hökm-darının adı və əmri altında Rusiyadan keçəcək və onların hər bir məsrəfi təmin olunacaqdır; 3)Rusiyadan keçdikləri zaman yerli əhali bunlardan əsla zərər görməyəcək, əksinə yararlanacaqdır; 4)Bu ordunun işğal etdiyi ərazilər Rusiya hökmdarına məxsus olacaq, onun idarəçiliyinə veriləcək və orada rus əsgərləri saxlanılacaqdır; 5)Yürüşdən sonra da rus əsgərləri yaradılacaq “Ermənistan”da ermənilərin hesabına saxlanılacaqdı[9, 745-746].
1701-ci ilin iyul ayında İ.Orinin ermənilərin adından I Pyotra etdiyiçoxsaylı müraciətlərdən üçü Azərbay-canın tarixi torpaqlarını ələ keçirmək üçün tərtib edilmiş hərbi planlaridi. 14 iyul tarixində I Pyotra boyar Qolovin vasitəsilə göndərilən müraciətdə ermənilərin rus döyüşçüləri ilə birləşməsi üçün hazırlıq planlarından bəhs olunurdu [27, 76-77; 13, 203-204]. İ.Ori eyni zamanda,rus çarına bu yürüşlərdə ermənilərin yaxından kömək göstərəcəyini vəd edirvəCənubi Qafqazdakı Səfəvi hərbi qüvvələri barədə məlumatlar çatdırırdı [27, 76-77]. F.A.Qolovinin sual-larına İ.Orinin 1701-ci il 22 iyul tarixli cavabından bəlli olur ki, əgər I Pyotr Rusiya ərazisindən keçməyə icazə versə, Pfals kürfürstü və Almaniya imperatoru “Ermənistan”ı azad etmək üçün hərbi qüvvə göndərə bilər. “Məqsədimiz türklərin bizə hərb açacağı şəraitdə dənizdən və qurudan yardım almaq imkanına malik olmaqdır” – deyən İ.Ori F.A.Qolovinin “qış fəslində mənzil başına çatacağı təqdirdə rus qoşunlarının aqibəti necə olacaq” – sualına “hərbi yürüş başa çatdıqdan sonra rus qoşunları Ermənistan krallığında yerləşəcək və onların əsas təlabatları ermənilər tə-rəfindən təmin ediləcəkdir” – cavabını vermişdi. Bundan əlavə, İ.Ori Rusiya sarayını yürüşə şirnikləndirmək məqsədi ilə “erməni çarlığı”nın yalnız bir vilayəti 100 min döyüşçünü yedizdirmək iqtidarındadır”, “əgər Pyotr cəmi 10 və yaxud 20 minlik qoşun göndərsə, 10 gün ərzində 100 minə qədər erməni (?) ona qoşulacaqdır” – demişdi [27, 82; 13, 207].
İ.Orinin1701-ci il 25 iyul tarixli “Yaddaş qeydləri”ndə F.A.Qolovin vasitəsilə I Pyotra rus qoşunlarını Cənubi Qafqaza yürüşə şirnikləndirmək üçün 18 bənddən ibarət digər layihəsi (Moskva laiyəsi – G.N.) təklif olunur. Bu layihədə İ.Ori daha irəli gedərək təkcə Səfəvi dövlətinə məxsus – Azərbaycan, Gürcüstan və İran ərazisini deyil, həm də Osmanlı torpaqlarına da müdaxilənin hərbi planını hazırlamışdı. Layihəsinin əsas müddəaları aşağıdakı-lardan ibarətdir:
“1)Əlahəzrət (I Pyotr – G.N) bu yürüş üçün 15 min süvari və 10 min piyadadan ibarət 25 minlik qoşun ayırmalıdır. Bunlar əsasən sərhəd bölgələrindən – Niyazabad, Həştərxan kazaklarından və çərkəzlərdən ibarət olmalıdır ki, yürüş şübhə doğurmasın. 6 hərbi səhra topu, 100 bomba, barıt, mərmi və s. hərbi sursatların götü-rülməsi lazımdır; 2)Həmin qoşun iki hissəyə bölünməli – 5 min atlı və 5 min piyadadan ibarət olan 10 minlik qoşun gəmilərlə Niyazabada gəlməli və oradan quru yolla 20 mil və ya 3 günlük məsafədə yerləşən Şamaxı istiqamətində irəliləməlidir. Bu şəhərdə daş divarlar və qalalar yoxdur, yalnız xana məxsus 150 nəfərlik hərbiçi var və şəhəri 10 min xristian süvarisinin köməyi ilə 2 saat müddətinə ələ keçirmək mümkündür. Şəhərdə yerli əhali əsasən hərbiçilərdən deyil, erməni tacirlərindən ibarətdir; 3)“Şamaxınıntutulması “Ermənistan torpağına” girmək üçün ilk açardır”. Şamaxıya daxil olan 10 min nəfərlik qoşun sonra 4 alaya bölünməli: 1-ci alay xanın 100 nəfərlə yaşadığı qalan sakinləri isə ermənilərdən ibarət olan Gəncəyə, 2-ci alay bəyin 20 nəfərlə yaşadığı Loriyə, 3-cü alay yenə bəyin 20 nəfərlə yaşadığı Qafana, 4-cü alay isə xanın 200 nəfərlə yaşadığı və həm də erməni yüzbaşılarının ol-duğu Naxçıvan üzərinə getməlidir; 4).Naxçıvan şəhərinin yaxınlığından axan Araz çayı İranla Ermənistan torpağının sərhəddini təşkil edir. Bu çayın ələ keçirilməsi ordunu yedizdirtmək üçün faydalıdır. Şamaxıdan Araza kimi yollar təhlükəsizdir. Ordunu yedizdirmək və atları yemlə təmin etmək üçün bütün hərbi hissələri Naxçıvan şəhərinə yerləşdirmək lazımdır; 5)Naxçıvan şəhərindən 15 mil kənarda əhalisi ancaq ticarət və sənətkarlıqla məşğul olan farslardan (azərbaycanlılar – G.N.) ibarət Orduval (Ordubad – G.N.) şəhəri yerləşir. Dünyanın heç bir yerində bu qədər varlı insanlar yaşamır. Onların müxtəlif silah, ərzaq və 100 min süvarini geyindirə biləcək parçaları vardır; 6)Naxçıvan tutulduqdan sonra orada olan erməni yüzbaşıları erməni hərbçiləri ilə birləşəcək, burada dövlət gerbi və bayrağını qəbul edib, digər şəhərləri azad etmək üçün böyük güc və nifrətlə düşmən üzərinə gedəcəklər; 7) 5 min nəfərlik qoşun Naxçıvandan 20 mil uzaqlıqda yerləşən, daş qalası, 30 topu və 200 nəfərlik hərbi xidmətçisi olan İrəvan şəhəri üzərinə gedəcək. Bura qala şəhər deyil, …oranı sürətli və gözlənilməz hücumla, döyüşsüz tuta bilərik. Burada barıt anbarı və digər hərbi sursatlar ermənilərin əlindədir və bu şəhərdə 300 nəfərdən artıq erməni yaşayır. Şəhərin 2 darvazası, 1 gözətçi məntəqəsi var və şəhər divarlarından kənarda gözətçi məntəqəsi yoxdur. Şəhərin ətrafında böyük meyvə bağları olduğu üçün gecə vaxtı ora yaxınlaşmaq və şəhərdəki 300 nəfər erməni ilə da-nışığa girib, darvazaları açdıraraq şəhəri almaq çətin deyildir; 8)İrəvandan hərəkət edənrus qoşunları Naxçıvandan 30 mil uzaqda yerləşən, varlı və böyük şəhər olan Təbrizizəbt etməlidir. Əhalisi az miqdarda xristianlardan və əksəriyyəti müsəlmanlardan ibarət olan bu şəhərdə 80 topa və çoxlu hərbi sursata malik olan xan yaşayır. Lakin burada xüsusi ordu və möhkəm qalalar yoxdur. Dioqnal üzrə uzunluğu 2 saatlıq yol olan bu şəhəri ələ keçirməklə çoxlu mənfəət götürmək olar, çünki bu şəhər 100 min döyüşçünü geydirə və yedizdirə bilər; 9)15 minlik rus qoşunu quru yolla Gürcüstana daxil olmalı idi. Gürçü xanı islamı qəbul etsə də döyüşçülərin hamısı xristianlardır. Xan dərhal yenidən xristianlığı qəbul edərək ordusu ilə birlikdə rus qoşunlarının tərəfinə keçəcəklər; 10)Təbriz şəhəri alındıqdan sonra isə ordunu dörd bir tərəfə səpələmək lazımdır ki, ətrafddakı varlı kəndləri soyub-talasın”[27, 85-91; 13, 210-216].
Göründüyü kimi, İsrail Orinin 1701-ci il 25 iyulda rus çarına təqdim etdiyi 18 bənddən ibarət layihəsində rus qoşunlarının Azərbaycan torpaqlarına hərəkət istiqamətləri, strateji planları, taktiki üsulları belə qabaqcadan hazırlananmışdı. İ.Orinintərtib etdiyisaxta müraciətlərdə Azərbaycanın tarixi torpaqlarında guya çoxsayda erməninin yaşadığı şişirdilmiş rəqəmlərlə verilmiş, İrəvan, Naxçıvan və Şamaxı şəhəri “ermənilərə məxsus şəhər” kimi təqdim edilmişdir. Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ bölgələrində yaşayanxristian əhalinin sayı dövrun müfəssəl dəftərlərində qeydə alındığı üçün bu layihələrdə təqdim edilən xristian əhalinin sayı barədə məlumatlar yalandan başqa bir şey deyildir. 1728-ci il tarixli “Müfəssəl dəftər”ə görə, İrəvan əyaləti üzrə qeydə alınmış 71.583 nəfərdən 43,784 nəfəri (61,2%) türk-müsəlman, 27.799 nəfəri (38,8%) isə xristianlar olmuşdu [2, 14]. 1727-ci il tarixli “Müfəssəl dəftər”ə görə, Gəncə-Qarabağ əyaləti üzrə qeydə alınmış 121.975 nəfərdən 80,340 nəfəri (65,9%) türk-müsəlman, 37.885 nəfəri (31%) xristianlar və 3.750 nəfəri (3,1%) isə kürdlər olmuşdu [1, 17]. 1727-ci il tarixli “Naxçıvan Müfəssəl dəftər”in məlumatlarına görə, o zaman Naxçıvan əyalətində 60 min nəfərdən artıq əhalinin yaşadığı məlum olur [5, 40]. “Naxçıvan Müfəssəl dəftər”inin verdiyi məlumatlar üzrə qeyri-müsəlmanların sayını hesabladıqda Naxçıvan sancağına məxsus 14 nahiyədən 12-də cəmi 3.153 nəfər qeyri-mü-səlmanın yaşadığını müəyyən etmək olur [7, 37-323]. Hər üç bölgədə qeydə alınan qeyri-müsəlman əhalinin sayı ümumilikdə 68.837 nəfər edir. Aydındır ki, 68 mindən artıq əhalinin 100 minlik hərbi qüvvə çıxarması qeyri-mümkün idi.
1703-cü il noyabrın 22-də İsrail Ori yenidən I Pyotrun diqqətini Səfəvi dövlətinin torpaqlarına – Cənubi Qafqazın o cümlədən, məhz İrəvanın işğalına yönəltmək məqsədi ilə üç dəniz arasında xəyali “Böyük Ermənistan” təsvir edilmiş “ölkəmizin xəritəsi”adlandırdığı xəritə-planını çara təqdim etdi[bax: 27, 172-174; 13, 256-258]. Xəritədə Xəzər, Qara və Aralıq dənizləri arasında “Böyük Ermənistan” təsvir edilmişdi.Sənədi şərh edən Q.A.Ezov yazır: “Orini çara təqdim etdiyi xəritədən aydın olur ki, bütün ölkədə İrəvan qalası kimi möhkəm qala yoxdur. Qalanı aldıqdan sonra bütün ölkəni ələ keçirmək asandır. Bunula da İstanbula və yunanların və ermənilərin yaşadığı, qalaların az olduğu Şərqi Anadoluya birbaşa yol açılır” [bax: 27, XXXVIII]. İsrail Ori bu uydurma informasiyaları verməklə I Pyotru təkcə Cənubi Qafqaz üzərinə hərbi yürüşə deyil, həm də Osmanlı impe-riyasının qərb torpaqlarının da işğalına təhrik edirdi.
Əslində həmin dövrdə I Pyotrun Cənubi Qafqaza yürüşü məsələsi beynəlxalq vəziyyətlə sıx bağlı idi. İsveçlə müharibə edən çar hökuməti dövrün güclü dövləti olan Osmanlı imperiyası ilə toqquşmaq istəmirdi. Buna görə də, Rusiya çarının əmri ilə ilk əvvəl bu ərazilərə müəyyən təbliğat və təşviqat məqsədli “nümayəndələr” göndə-rilirdi. Həmin ərazilərə “tacir”, “qasid” adı altında göndərilən casuslar gələcək hərbi əməliyyatlar meydanını, hərbi yürüşün keçəcəyi regiondakı əhalinin vəziyyətini, ümumiyyətlə, hücum edəcəyi ərazilərin təbii-coğrafi şəraitini öyrənməli idilər. Rusiya çarı tərəfindən polkovnik rütbəsi verilənİ.Ori 1707-ci il fevralın 1-də çarın fərmanı ilə səfir səlahiyyəti ilə, müxtəlif dövlətlərdən olan 50 mütəxəssisdən ibarət nümayəndə heyətinin başçısı kimi Səfəvi sarayına göndərildi. İ.Oriyə Rusiya təbəəsi kimi Moskvadan Həştərxana və Şamaxıya qədər gəmi ilə ticarətlə məşğul olması, eyni zamanda gizli xəfiyyə kimi məlumatlar toplayıb Rusiya sarayına çatdırması,xristian əhalisi arasında təbliğat aparması barədə də xüsusi göstəriş verilmişdi [bax: 27, XLII-XLIII].
Şamaxıya gələn erməni “elçisi” burada İsfahana getməsi üçün Səfəvi şahından 2 il icazə verilməsini göz-lədi. Həmin müddətdə İ.Ori elçi səlahiyyətlərindən yararlanaraq Qarabağa silah daşınmasını təşkil etdi[16, 203]. İs-fahandakı fransız səfirinə istinad edən Kruşinski yazırdı: “…Fransa qoşununda bir müddət qəhvəçilik etmiş İsrail Orinin ..padşah məclisində əyləşmək qabiliyyəti yoxdur və o alçaq ermənilərdəndir” [4, 33-34]. Sultan Hüseyn Rusiya ilə münasibətləri pozmamaq xatirinə Orinin Şamaxıdan İsfahana gəlməsinə icazə verdi. P.Buşev yazırdı ki, İ.Oriyə İrandakı vəziyyətlə bağlı Peterburqu məlumatlandırmaq həvalə olunsa da, o, ölkənin müflisləşməsi barədə ümumi sözlərdən əlavə heç bir qiymətli məlumat verə bilmədi [15, 8-9]. Moskvaya qayıtmağa cəhd edən Ori 1711-ci ildə Həştərxanda xəstələnərək öldü [9, 747; 3, 8]. Beləliklə, onun Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq ideyasıyarımçıq qaldı.
Orinin ölümündən sonra Azərbaycan ərazisində erməni dövləti qurmaq planlarını əsrin əvvəllərindən bəri onunla bir yerdə olan Minas Tiqranyants davam etdirdi. 1714-cü il noyabırın 20-də vardapet Minas ermənilərin Rusiya himayəsinə qəbul edilməsi, Xəzər dənizi sahilində monastır və Peterburqda erməni kilsəsinin tikilməsinə icazə verilməsi barədə özünün 6 maddəlik layihəsini Rusiya hökumət dairələrinə təqdim etdi[27, 311-314;13,355-357]. Şahid yazır ki, bu layihənin əsasını İ.Orinin vaxtilə təklif etdiyi planlar təşkil edirdi. Burada ermənilərin ruslar tərəfindən himayəyə alınması və müsəlman hakimlərinə qarşı üsyan qaldırması nəzərdə tuturdu[26, 25]. Rusiyanı “xilaskarlıq missiyası” bəhanəsi ilə Cənubi Qafqaza hücuma təhrik edən ermənilər rus məmurlarına müxtəlif şirnikləşdirici vədlər verərək bu hücumu tezləşdirmək istəyirdilər. Tarixi Azərbaycan torpaqlarında dövlət qurmaq istəyi ilə alışıb-yanan ermənilər dəfələrlə müxtəlif vasitələrlə ələ keçirdikləri, müsəlman-türk hökmdarlarına məxsus zinət əşyalarını “hədiyyə” adı ilə rus, gürcü hökmdarlarına rüşvət verməklə öz məqsədlərinə nail olmağa can atırdı-lar [bax: 24, 72-73; 8, 122]. I Pyotra bölgə ilə bağlı kəşfiyyat məlumatları lazım idi. Bu səbəbdən 1716-cı ildə I Pyotrun xüsusi fərmanı ilə M.Tiqranyants Cənubi Qafqaza ezam olundu. O, albanlara məxsus Gəncəsər və Üçkilsə katalikosları ilə görüşdü və I Pyotrun adından onları əmin etdi ki, tezliklə rus ordusu Cənubi Qafqaza qədəm qoyacaqdır [bax:13, XXIV; 8, 70]. 1722-ci ilin setyabrında ermənilər vardapet Minasın da iştirak etdiyi Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü eşidib daha fəal səfərbərlik keçirməyə başladılar. Dərbənd tutulduqdan sonra I Pyotr vəd olunan erməni və gürcü hərbi hissələri ilə Şamaxıda birləşmək niyyətində idi [27, 332-333]. Həmin dövrdə ermənilər tərəfindən hazırlanaraq rus çarına göndərilən məktublarda Xəzər dənizindən Qarabağa kimi mövcud olan yolların, dağların və digər təbii-coğrafi ərazilərin təsviri verilmişdi [10, 27об; 28].
1722-1723-cü illərdə Rusiya Xarici İşlər Kollegiyasına göndərilən məlumatlar içərisində imperatorun yeni ələ keçirdiyi ərazilərin – əsasən Bakı, Dərbənd və Xəzər dənizinin qərb sahillərinin rus hərbçiləri tərəfindən tərtib edil-miş plan və xəritələri [18,1,2; 19; 20] və bu bölgələrin təsvirləri ilə bağlı müxtəlif məzmunlu məlumatlar daha çox üstünlük təşkil edir [11, 16]. Həmin dövrdə tərtib edilmiş sənədlərdə I Pyotrun Qarabağın xristian məlikləri ilə əlaqə-lər qurmağa çalışdığını [21, 1540] və Xəzsahili vilayətləri ələ keçirmək üçün “İran yürüşü”nə fəal şəkildə hazır-laşdığını izləmək mümkündür [21; 22; 23]. 1724-cü il noyabrın 5-də Qarabağ və Qafan xristianları adından 3 nəfər Həştərxan ermənisi – keşiş Antoni, Pyotr və kovxa Çələbi Rusiya Xarici İşlər Kollegiyasına “ermənilərin Rusiyanın himayəsinə daxil edilməsi” xahişilə göndərildi [10, 26, 46]. Lakin, I Pyotr Osmanlı dövləti ilə yenicə münasibətləri nizama salmış və özünə sərfəli sülh müqaviləsi bağlamışdı. Bu səbəbdən də erməni nümayəndəsinə verilən sənəddə bildirilirdi ki, Rusiya osmanlılarla bağladığı müqaviləyə əsasən ermənilərə açıq şəkildə yardım göstərə və onları müdafiə edə bilməyəcəkdir. Yardım ancaq onların Gilan, Mazandaran, Bakı, Dərbənd və s. Xəzəryanı ərazilərə köçürülməsi ola bilər [10, 46-46об, 47,48-48об, 49, 63, 68; 17,142-143].
I Pyotrun ölümündən sonra Xəzərsahili vilayətlərin Rusiya tərəfindən işğal olunmuş torpaqlarını idarə edən rus qoşunlarının baş komandanı, general V.V.Dolqorukov “rəsmi dairələrə dəfələrlə etdiyi müraciətində əfqanların başçısı Əşrəflə toqquşmada məğlub olan osmanlıların zəiflədiyini göstərir və yardım xahiş edən üsyançı ermənilərin xeyrinə rus ordusunun fəallaşdırılmasını təklif edirdi” [13, XCI]. Rusiya imperiyasının işğal etdiyi Səfəvi torpaqlarını əldə saxlamağa çalışan yeni hökmdar I Yekaterina (1725-1727) isəSəfəvi dövləti ilə münasibətləri gərginləşdirmək istəmirdi. Şah II Təhmasib (1722-1732) də rezidenti vasitəsilə göndərdiyi məktubumda I Yekaterinanı taxta çıxması münasibətilə təbrik edir, hər iki dövlət arasındakı xoş münasibətlərin qorunub saxlanılmasını arzulayirdı [12, 87].
Ümumiləşdirərək deyə bilərik ki,XVIII əsrin I rübündə erməni ideoloqlarının təqdim etdiyi layihələrdə qu-rulması planlaşdırilan erməni dövlətinin sərhədləri əsasən Azərbaycanın şimal-qərb torpaqları – Çuxursəd vilayəti, Gəncə-Qarabağ, qismən Cənubi Azərbaycan və Osmanlı dövlətinə məxsus Şərqi Anadolu ərazilərindənəzərdə tutulurdu.Əslində I Pyotrun Şərq siyasətinin hazırlanmasında və həyata keçirilməsində ermənilərin təqdim etdiyi layihə və hərbi planların rolu danılmazdır.I Pyotrdan sonra gələn Rusiya imperatorları ermənilərə münasibətdə ümidverici siyasət həyata keçirməyə üstünlük verirdilər ki, lazım gəldikdə ermənilərdən öz məqsədləri üçün istifadə edə bilsinlər.
Güntəkin Nəcəfli,
Tarix üzrə fəlsəfə doktoru
Geostrategiya” jurnalı № 02 (32) Mart-Aprel 2016