
Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tərəflər Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.