
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində oktyabrın 29-da Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Omanın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərinin inkişafından məmnun olduqlarını bildiriblər.
İkitərəfli münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında və ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın daha da stimullaşdırılmasında yüksəksəviyyəli səfərlərin həlledici rolu vurğulanıb.
Ölkəmizin Omanda səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığa daha da təkan verəcəyinə əminlik ifadə olunub.
Parlament diplomatiyasının ikitərəfli münasibətlərin möhkəmlənməsində həlledici rol oynadığını qeyd edən nazir Azərbaycanın 2025-ci ildə ölkələrimizin parlamentləri tərəfindən dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirdiyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









