Bu həftə 1905.az portalının “Diskussiya klubu”da biz Azərbaycan və Ermənistan iqtisadiyyatının müqayisəli təhlili mövzusunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu, iqtisadçı alim Vüqar Bayramov, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov və “AzerNews” qəzetində Cənubi Qafqaz üzrə analitik yazıların müəllifi Müşfiq Mehdiyevlə müzakirə etdik.
Fuad Babayev: Hər birinizi xoş gördük! Bu gün biz sizinlə Azərbaycan-Ermənistan iqtisadiyyatının müqayisəli təhlili, geridə qoyduğumuz 2014-cü ildə iqtisadi və hərbi büdcəmiz, habelə 2015-ci ilin proqnozlarını mövzusunu müzakirə etmək istərdik. Yeni il axşamı cənab Prezidentin çıxışında bir məqam xüsusi diqqətimi çəkmişdi. Bizim hərbi büdcəmiz Ermənistanın büdcəsini 2 dəfə üstələyib. İstərdim həm də bu mövzuya toxunaq.
Vüqar Bayramov: Dünyada 2014-cü ilin iqtisadi yekunlarını qiymətləndirən zaman diqqət çəkən əsas məqamlardan biri Rusiyada baş verən iqtisadi böhran və rus rublunun aşağı düşməsidir. İlin son günlərində neftin qiymətinin aşağı düşməsi də əsas məqamlardan biridir. Nəzərə alsaq ki, Azərbaycan neft ölkəsidir. Rusiyada 2014-cü ildə başlanan iqtisadi durğunluqdan öncədən proqnozlaşdırıldığı kimi ən çox əziyyət çəkən dövlət Ermənistan oldu.
Bu həm Rusiyadan Ermənistana göndərilən vəsaitlərin miqdarı, həm də Rusiyanın Ermənistanın ümumdaxili məhsulundakı payının çox olması ilə əlaqədardır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə Rusiyadan Azərbaycana il ərzində 1 milyarda yaxın vəsait göndərilir. Ancaq rus mətbuatına görə bu rəqəm təxminən iki dəfə çoxdur. Onlar da bunu qeyri-nəğd üsulla göndərilən məbləğlə əsaslandırırlar. Rusiyadan Azərbaycana göndərilən məbləğ bizim büdcənin əhəmiyyətli hissəsini təşkil etmir. Ermənistan Mərkəzi Bankının məlumatına görə Ermənistan daxili vəsaitlərinin bir qismi Rusiyada yaşayan ermənilər tərəfindən göndərilir ki, bu məbləğ də təxminən 1,5 milyard dollardır. Rusiya hətta 2008-ci ildə Ermənistanda böhran ilində yarım milyard dollar vəsait göndərmişdi. Rusiyada yaşayan ermənilərin Ermənistana göndərdiyi vəsait təxminən 3 milyard dollardır. Ermənistanın ümumdaxili məhsulunun 10 milyarda yaxın olduğunu nəzərə alsaq Rusiyadan gələn məbləğ ümümdaxili məhsulun 1/3-ni təşkil edir. Buna görə də Ermənistan iqtisadiyyatı Rusiyadan birbaşa asılıdır. Rəsmi statistikaya görə bu gün Ermənistana yönələn investisiyaların təxminən 60%i Rusiyanın payına düşür. Noyabrda rublun məzənnəsinin aşağı düşməsinə uyğun olaraq Ermənistan dramının itkisi təxminən 9%-a yaxın oldu.
Hazırda Ermənistanın xarici borcu 6 milyard dollara yaxınlaşır.
Struktur göstərir ki, daxil olan vəsaitin az bir hissəsi investisya yönümlü, böyük hissəsi humanitar yardımın payına düşür. Buna görə də bu vəsaitlər Ermənistanda yeni dəyərlərin formaşlaşmasına imkan vermir. Bir qismi korrupsiya nəticəsində mənimsəlir, bir qismi isə digər layihələrə yönəldilir. Yeni dəyərin formalaşdırılmaması Ermənistanın xarici borcunun artmasına gətirib çıxarıb. Xarici borc ümumdaxili məhsuldan təxminən 2 dəfə çoxdur. Ermənistanın hazırda xarici borcu 6 milyard dollara yaxınlaşır. Bu da ümumdaxili məhsulun 60%i deməkdir. Çox təhlükəli rəqəmdir əslində. Bu göstərici Azərbaycanda 6,3 milyarddır. Yəni Azərbaycan ümumdaxili məhsulunun 8,5 %-i deməkdir. Azərbaycan MDB və Mərkəzi-Şərqi Avropada birinci ölkədir ki, xarici borcun ümümdaxili məhsuldakı payı bir rəqəmlidir. Bu göstəricidə Ermənistan ən kritik vəziyyət yaşayan ölkələrdən biridir.
Bu yaxınlarda Ermənistan Mərkəzi Bankının bir hesabatını oxudum. Bankın rəsmi qiymətləndirməsinə görə Ermənistanda təqaüdçü və pensiyaçıların 60%-i yoxsulluq həddindədir. Bu da gündəlik gəlirin 2 dollardan az olması deməkdir. Ermənistanda yoxsulluq həddi 23,5 % təşkil edir. Bu göstəricilərə görə Ermənistanı Azərbaycanla müqayisə belə etməyə dəyməz. Çünki Azərbaycan bütün göstəriclərdə Ermənistandan öndədir. Ermənistanda təbii artımda da ciddi problemlər var. Artım mənfi 6-dır. Ölkəni tərk edən və doğulan uşaqların sayı azdır.
Bütövlükdə Cənubi Qafqazın büdcə gəlirlərinin 75 faizi Azərbaycanın payına düşür
Ölkə prezidentinin də dediyi kimi 2014-cü ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 25 milyard dollara yaxın olub. Ermənistanda isə bu rəqəm 3 milyarddan azdır. Bütövlükdə Cənubi Qafqazın büdcə gəlirlərinin 75%i Azərbaycanın payına düşür. Azərbaycan dövlət büdcəsinin gəlirləri Ermənistandan 8 dəfə, Gürcüstandan isə 5 çoxdur. Cənab prezident də qeyd etdi ki, hazırda Azərbaycanın hərbi büdcəsi Erm’nistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Azərbaycanda birbaşa əmək vəsaitinin ödənilməsi üçün ayrılan vəsaitin həcmi Ermənistanın ümumi büdcəsindən 2,5 dəfə çoxdur. 2014-cü ilin yekunlarına əsasən Azərbaycanın ümümdaxili məhsulu 80 milyard dollara çatıb. Ermənistanda isə bu göstərici 10 milyard dollardır. Azərbaycanda adam başına düşən ümümdaxili məhsul Ermənistanla müqayisədə 4 dəfə çoxdur. Adam başına düşən göstəricilərdə belə Azərbaycan Ermənistanı qabaqlayır.
Neftin qiym’tinin aşağı düşməsi fonunda Azərbaycan qeyri-neft sektorundakı artım tempini qoruyub saxlaya bilib. Əhalinin gəlirləri infilyasiyanı 3,4 dəfə üstələyib. 2014-cü ilin ən spesifik cəhəti ondan ibarət oldu ki, biz istər dövlət büdcəsinin gəlirləri istərsə də ümümdaxili məhsulda qeyri-neft sektorunun payını artıra bildik. Bu, olduqca vacib bir məsələdir. 2014-cü ildə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payı 2013-cü ilə nisbətdə 25,34% ə, ümümdaxili məhsulda qeyri-neft sektorunun payı isə 56%-dən 62%ə yüksəldi. 2014-cü il sənaye ili kimi qiymətləndirilmişdi. Amma 2014-cü il Azərbaycanda eyni zamanda iqtisadiyyatın şaxələnməsinin təməl ili kimi də səciyyələnə bilər.
Fuad Babayev: Regionlarımızın vəziyyəti ilə Ermənistan bölgələri arasında kiçik bir müqayisə aparaq. Hansı fərqlər var? Bu yaxınlarda bir məqalə oxumuşdum. Ermənistanda təxminən 30 il əvvəl baş vermiş zəlzələnin qalıqları hələ də Gümrü rayonundan təmizlənməyib.
Müşfiq Mehdiyev: Bəli, təxminən 3 minə yaxın ailə hələ də evsizdir və dövlətdən yardım gözləyirlər. Hər il dövlət tərəfindən söz verilir, amma hələ ki ərazidə heç bir yenidənqurma işləri getmir. Bu yaxınlarda Ermənistanın çox məşhur bloggeri Gümrünün ümumi vəziyyəti haqqında yazdığı yazıda oranın hazırkı vəziyyəti təsvir edib. Bloggerin sözlərinə görə, hər gün 3-4 böyük avtobus insanları Gümrüdən başqa regionlara köçürür. Smolenskdə yaşayan ermənilərdən alınan müsahibədə icma rəhbərləri bildirir ki, çətin də olsa biz Somolenskdə daha yaxşı dolanırıq.
Dünyada 10 asılı iqtisadiyyatı olan ölkələrdən biri biri Ermənistan
2014-cü il Ermənistanda məşəqqət ili kimi xatırlana bilər. Çünki ötən il Ermənistanda gələcəyə doğru heç bir addım atılmadı. Bu dəqiqə Ermənistanın ən böyük problemi dramın çökməsidir. “Böhranlı Rusiya və 3 Qafqaz muşketyoru” məqaləmdə göstərmişəm ki, Rusiyanın zərbə almasından ən çox ziyan çəkən ölkə məhz Ermənistandır. Çünki Ermənistan Mərkəzi bankının məlumatına görə dünyada 10 asılı iqtisadiyyatı olan ölkə varsa onun biri Ermənistandır. Əhali ölkə rəhbərliyini Ermənistanın Avrasiya İttifaqına qoşulmasına görə da qınayır. Serj Sarkisyanın 3 sentyabr Avrasiya İttifaqına qoşulmaqla bağlı bəyanatı ölkədə rezonas doğurdu. Ermənistanın iqtisadi araşdırma saytlarından biri bu yaxınlarda dərc etdiyi məqalədə göstərir ki, Ermənistan Avrasiya İttifaqına qoşulmaqla artq 5 milyard dollar pul itirib.
İndiki halda Ermənistanın Rusiyadan kömək istəməsi də real deyil. Çünki hazırda Rusiyanın vəziyyəti acınacaqlıdır. Onun xarici yardıma, maliyyəyə ehtiyacı var. Rusiya Ermənistana yardım edəcək, ancaq əvvəlki səviyyədə yox. Rusiyada hər hansı titrəyiş Ermənistanda zəlzələ deməkdir. İndi bu vəziyyət daha çox domino effektini xatırladır.
2014-cü il Ermənistan üçün ümumilikdə böhranlı il sayıla bilər. İl ərzində bir neçə aydan bir 10% olmaqla enerji qiymətlərinin qalxması və əlavə vergilər əhalidə hökümətə qarşı etirazlara gətirib çıxardı. Maaşlar artmır. Azərbaycanla Ermənistanın 2014-cü ildə müqayisəsi isə mümkünsüzdür. Götürək elə hərbi sahəni. Azərbaycan hərbisi “Top 100” hərbi sistem siyahısında 55-56-cı yerdədir. Ermənistan isə bu siyahıya ümumiyyətlə düşməyib. Ermənistan Azərbaycanı hərbiyə çox pul yatırmaqda ittiham edir. Və “Azərbaycan silahlanır” adı altında bu kampaniya aparırlar. Ancaq Azərbaycan müharibə şəraitində olan və ərazisi işğal edilmiş bir ölkədir. Bu, belə də olmalıdır.
Fuad Babayev: Müqayisə həqiqəti üzə çıxarmağın ən gözəl üsuludur. Çingiz müəllim, sizi eşidək.
Çingiz İsmayılov: Ermənistanın vəziyyəti ağırdır, birmənalı. 2013-cü ildə Rusiya ilə Azərbaycanın mal dövriyyəsi 1,5 milyard dollar olub. Ermənistanla da bağlı eyni rəqəmi demək olar. Ancaq əhali və ərazi fərqinə baxaq. Burada struktura da nəzər salmaq lazımdır. Ermənistan-Rusiya mal dövriyyəsində Ermənistanın ixrac payı cəmi 10%-dir. Bu da erməni çaxırının payına düşür.
Azərbaycanın kənd təsərrüfatı məhsulları dünyada tələb olunan məhsullar sırasındadır. Ancaq biz öz qüsurlarımızı da görməyi bacarmalıyıq. Bəzi rəqəmlərdə geri qalırıq. Buna görə də tək kəmiyyət yox, keyfiyyət məsələsinə də xüsusi diqqət ayırmaq lazımdır. Ermənistan və Gürcüstanla müqayisədə bizim əkin sahələrimiz 2-3 dəfə çoxdur. Ancaq gəlin, məhsuldarlığa nəzər salaq. Bizdə məhsuldarlıq aşağı səviyyədədir. Əkin sahələrimizin 66%i şoranlaşmış torpaqlardır. Azərsun şəkər istehsalı üçün şoranlaşmış 5 min hektar ərazi götürdü, təmizlədi və indi ora oazisdir. Niyə biz o şoranlaşmış torpaqları düzgün istifadə edə bilmirik? Bizim ən böyük dəyərimiz torpağımız, iqtisadiyyatda isə əsas lokomotiv kənd təsərrüfatı olmalıdır. Çünki ən gəlirli sahələrdən biri məhz kənd təsərrüfatıdır. Üzümçülük. Dünyada ən gəlirli sahələrdən biri məhz üzümçülükdür. Biz niyə üzümçülüyü inkişaf etdirmirik? Üzüm tullantısız istehsalatdır. Sovet dövrü ilə müqayisədə üzüm istehsalı çox aşağıdır.
Mən bir vətəndaş kimi regionların inkişafını qənaətbəxş saymıram. Əlbəttə, inkişaf var. Amma daha sürətli və yaxşı ola bilərdi. Biz zəngin potensialdan düzgün istifadə edə bilmirik.
Sənayenin düzgün inkişafı böyük göstəricidir. Biz kənd təsərrüfatı sahəsində sənayemizi inkişaf etdirməliyik. Məsələn, niyə almanı Rusiyaya aparırıq? Olmazmı ki, alma, tomat şirəsini aparaq?! Əlavə gəlir də özümüzə qalar bu halda. Bütün bunlardan əlavə ekoloji amilə də diqqət etmək lazımdır. Bizdə cəmi 23% məhsul kübrə ilə yetişir. Bu bir tərəfdən pisdir. Çünki məhsuldarlıq aşağıdır. Digər tərəfdən çox yaxşıdır, çünki təbii yetişir. Bir dəfə Rusiya səfirliyi Ticarət Palatası ilə birgə bir tədbir keçimişdi. Mən də ora dəvtli idim. Orada səfir dedi ki, sizdə 24 şirkət tərəfindən nar şirəsi istehsal edilir, ancaq biz onun ancaq ikisini alırıq. Çünki yalnız ikisi ekoloji təmizdir. Deməli keyfiyyət bu qədər aşağıdır. Biz keyfiyyət ardınca getməliyik.
Araz Aslanlı: Biz hazırda iki ölkənin iqtisadiyyatını ona görə müqayisə edirik ki, aramızda münaqişə var və torpaqlarımız düşmən tapdağı altındadır. Bu müqayisə birbaşa Qarabağla bağlıdır. Ermənistan iqtisadiyyatı kənardan o qədər asılıdır ki, öz taleyi ilə bağlı düzgün qərar vermə gücündə deyil.
Azərbaycan əsgər sayı baxımından aydındır ki, Ermənistandan üstündür. Əsas istiqamətlərdən biri hərbi texnika ilə bağlıdır. Bunun özündə də bir neçə istiqamət var. İlk öncə dövlətlərin başqa dövlətdən silah alması məsələsi. Azərbaycan bu istiqamətdə də Ermənistandan üstün pillədə dayanır. Ancaq Ermənistan bu rəqəmi Rusiyadan ucuz qiymətə aldığı silahla neytrallaşdıra bilir. Bizim əsas üstünlüyümüz istər hərbi, istər müdafiə sənayemizi inkişaf etdirməyimizlə bağlıdır.
Ermənistanda rus bazaları və işğal altında olan torpaqlarda nə qədər hərbi silah-sursat var? Bununla bağlı yəqin ki, dövlətlərin məxfi məlumatları var. Ancaq bizdə konkret rəqəm yoxdur.
90-cı illərin əvvəllərində Türkiyə həddidən artıq silahlanmaya meyl edirdi. Bununla bağlı tənqidi fikirlər də yayılmışdı ki, Türkiyə kimə qarşı belə silahlanır? Aparılan müzakirələrdə bəzi hərbi ekspertlər deyirdilər ki, müqayisə olunmaz dərəcədə silahlanmada bir məntiq var: rəqib bizimlə müharibə etmək barəsində ümümumiyyətlə düşünməsin. Azərbaycanla Ermənistanın hərbi gücünü müqayisə bəzilərinə mənasız görünə bilər. Niyə 10 qat daha artıq?! Hərbi diplomatiyada buna qarşı tərəf müharibə barədə düşünməsin və ya müharibə qısa müddətli olsun prinsipi deyilir.
Mübariz Əhmədoğlu: Ruzinski. 102-ci hərbi bazanın komandirinin bəyənatından başlamaq istəyirəm. Yəni Rusiyanın Ermənistandakı maraqlarının müdafiəsi. Ermənistan verbal nota ilə təsdiq etdi ki, Dağlıq Qarabağı öz ərazisi hesab etmir. Ermənistan Gömrük İttifaqına BMT-nin verdiyi sənədlər əsasında qoşuldu. Yəni müəyən edilmiş ərazi çərçivəsində.
Təəssüf ki, bizdə rus xofu var. Ermənilər və Rusiyadakı eskpertlər də daim bunan istifadə edirlər.
İki dövlətin siyasi, iqtisadi, beynəlxalq arenada uğurlarından danışsaq onları müqayisə etmək olmaz. Mənim fikrimcə 2014-cü ildə Ermənistan bütün göstəricilərinə görə standart dövlət anlayışından kənara çıxdı. Ermənistan iqtisadiyyatı vahid iqtisadiyyat kimi formalaşmayıb. Bu siyasi istiqamətə də aiddir. Keçən il Çexiyada Şərq Tərəfdaşlığının 5 illik yubileyi ilə bağlı tədbirdə Serj Sarkisyan çıxış edərək bildirdi ki, Aİ-nin Şərq Tərəfdaşlığı proqramı üçüncü dövlətə qarşı fəaliyyət göstərməməlidir. Üçüncü dövlət deyiləndə ancaq Rusiya başa düşülür. Çünki Rusiya hər il bəyan edir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ona qarşı yönəlib. Siz riyakarlığa baxın. Deməli, illədir Avropa İttifaqını aldat, Rusiya əleyhinə danış, hətta Ermənistandakı Rusiya bazalarından söz aç və son anda belə bir ifadə işlət. Yəni Ermənistanın təkcə iqtisadiyyatı deyil, həm də siyasəti ikiüzlü fəaliyyət göstərir. Mənim gəldiyim əsas qənaətlərdən biri budur ki, bu gün erməni ikiləşib. 2 cür erməni var. Biri bütün dünyanın tanıdığı dünya üçün olan erməni, digəri isə Azərbaycan-Türkiyə münasibətində olan ermənidir. İkinci qrup ermənini şüur yox, instinkt idarə edir. O ancaq instinktə görə hərəkət edir.
Ermənistanda korrupsiya çox güclüdür. Bunla bağlı sizə 1 fakt deyəcəm. Ermənilər Mozambikdə şirkət qeydiyyata aldırıblar. O şirkət Ermənistanda əhaliyə ərik yetişdirməyi öyrədir. Bu çox absurd və gülməli məsələdir. Beynəlxalq maliyyə qurumları isə ona görə Ermənistanda bir çox layihəni reallaşdırmaqda maraqlıdırlar ki, bu məbləğin bir ucu korrupsiyaya gedib çıxır. Azərbaycan beynəlxalq göstəricilərdə də Ermənistandan xeyli irəlidədir. Məsələn, Davos forumunun göstəricilərinə nəzər salsaq bunu aydın görə bilərik. Keçən il Dünya Bankı qərar qəbul etdi ki, Ermənistanın reytinqi irəliləsin. Ona görə də onun siyahıdakı yeri az da olsa irəli çəkilib.
Fuad Babayev: Mən 2000-ci ildə İsveçrə Xarici İşlər Nazirliyinin layihəsi çərçivəsində Ermənistanda olmuşam. O dövrdə orda məişətin, insanların yaşayışının çox aşağı səviyyədə olduğunu gördüm. Bu səfər noyabrda parlamentdə baş verən qətlimdan bir neçə ay sonra baş vermişdi. O zaman məndə belə bir təəssürat var idi ki, ermənilər yaxın gələcəkdə “gəlin, bu münaqişəni bitirək” deyə təslim olacaqlar. Ancaq o vaxtdan 14 il keçir. Və əlbəttə, belə bir söz deyilməyib, aqressivlikləri azalmayıb, torpaqlarımız da geri qayıtmayıb.
Çingiz İsmayılov: Təxminən 5 il öncə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstittu MDB məkanı barədə bir yazı dərc etmişdi. İnsitut direktoru dedi ki, görəcəksən, ermənilər bir gün sizə yalvaracaqlar. Çünki siz iqtisadi cəhətdən çox inkişaf edirsiniz. Mən dedim ki, belə hal olmayacaq. Mübariz müəllimin sözünə qüvvət onlar elə xəstə millətdilər ki, acından ölərlər, amma əməllərindən geri duran deyillər.
Vacib məsələlərdən biri də odur ki, torpaqlar boş qalıb Ermənistanda. Hamı ölkədən qaçır. Deməli onların məqsədi bizə pislik etməkdir. Yaşamaq yox. Keniyada böyük erməni toplumu var. Təsəvvür edirsiniz? Keniyada. Ermənilər hər yerdə özlərinə yurd salıblar. Biz mobil millət deyilik. Biz 30 il Rusiyada yaşasaq da sonda yenə də Vətənə qayıdırıq. Ermənilərdə isə Vətən anlayışı yoxdur.
Ermənilər Qafqaza gəlmədir
Mübariz Əhmədoğlu: Raffi Ovanisyan sonuncu prezident seçkilərində də seçkini udmuşdu. Onun atası Amerikada çalışan alimdir. Eyni zamanda Elmlər Akademiyasının xarici üzvüdür. O yazıdığı elmi məqaləsində göstərir ki, ermənilər Qafqaza gəlmədir. Mən bir azərbaycanlı, türkün yazdığı məqalədən yox, erməninin yazdığı məqalədən danışıram. Biz ermənilərə erməninin yazdığı faktları göstərməliyik.
Ermənilər inanır ki, Azərbaycanın düşməni var və nə vaxtsa o düşmən Azərbaycanı yıxacaq. Onlar düşmən dövlət kimi ya Rusiyanı, ya İranı təsəvvür edirlər. Ancaq bu illuziyaya güvənib lovğalanırlar.
Fuad Babayev: Gəlin, indi də 2015-ci il proqnozlarından danışaq.
Vüqar Bayramov: Bayaq Çingiz müəllim keyfiyyət məsələsinə toxundu. Bilirsiniz, keyfiyyət məsələsi nisbidir. Kəmiyyət ölçülə biləndir, keyfiyyət yox. Uzun müddətdir Şərq Tərəfdaşlıq proqramında idarə heyətinin üzvüyəm. Və çox təəssüf ki, həmişə ikili standart anlayışının şahidi olmuşam. İkili yanaşma təkcə Rusiyaya yox, Avropa ölkələrinə də aiddir.
Mübariz Əhmədoğlu: Beynəlxalq Valyuta Fondunun Ermənistandakı region nümayəndəliyi Ermənistanın iqtisadi göstəricilərini ilə bağlı dekabrın sonunda müşahidə keçirdi. Ora Ermənistanın məşhur iqtisadçıları da dəvət edilmişdi. Həmin hesabatda Ermənistanla bağlı elə göstəricilər dilə gətirildi ki, erməni iqtisadçılar tədbiri tərk etdilər. O deyirdi ki, siz niyə yalan göstəricilərlər dünyanı və özünüzü, xalqı aldadırsıznız? Ermənilər dünyaya şişirdilmiş rəqəmlərlə çıxırlar.
Vüqar Bayramov: Azərbaycan rəqabət qabiliyyətli indeksinə görə Davos forumun reytinqində 39-cudur. Yəni bəzən keyfiyyət məsələsini müzakirə etmək təşkilata, fərdə görə dəyişdiyindən əsas göstərici kimi kəmiyyətə baxılır. Məsələn, iqtisadi azadlıq indeksinə görə Ermənistanın yeri Fransadan da yaxşıdır. Çünki fərqli metodologiya ilə aparılan statistikadı.
2015-ci ildən olan gözləntilərdən danışsaq 2015-ci il həlledici illərdən biridir. 2015-ci ildə Azərbaycan iqtisadiyyatını qiymətləndirsək neftin qiymətinin aşağı düşməsi 3 istiqamətdə iqtisadiyyatımızaa təsir edə bilər. Dövlət büdcəsinin formalaşmasına olan təsirlər, dövlət neft şirkətinin büdcəsinin formalaşması və dövlət neft fondu büdcəsinin formalaşması. Dövlət başçısının da qeyd etdiyi kimi, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında heç bir çətinlik olmayacaq. 2015-ci il dövlət büdcəsinin gəlirlərinin 53,4 faizi dövlət neft fondunun transferləri əsasında formalaşacaq. Dövlət Neft Fondu 2015-ci ildə dövlət büdcəsiniə 10,3 milyard vəsait köçürəcək. Dövlət Neft Fondunun 37 milyard dollar aktivi var. Yəni dünyada neftin qiymətinin aşağı düşməsi dövlət büdcsinin gəlirlərinin formalaşmasına təsir etməyəcək. Neftin qiymətinin aşağı düşməsi daha çox dövlət neft fonduna təsir edəcək. Çünki fond 10,3 milyard dolları dövlət büdcəsinə transfer edəcək. Dövlət Neft Şirkətinə gəldikdə itkilər az olacaq. Çünki Dövlət Neft Şirkəti daxili bazara işləyir. Daxili bazarda da qiymətlər dəyişmədiyi üçün şirkət ciddi itkilərlə üzləşməyəcək. O baxımdan 2015-ci ildə neftin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına çox da təsir etməyəcək.
Fuad Babayev: Sizcə bu trend hansı mərhələyə kimi davam edəcək?
Vüqar Bayramov: Proqnozlaşdırmaq çox çətindir. Çünki əsas məsələlərdən biri odur ki, OPEC elan edib ki, neftin qiyməti nə qədər aşağı düşsə belə o istehsalı azaltmayacaq. Bu, ciddi bir mesajdır. Amerikanın dünya bazarına təsiri çoxdur. Amerika praktiki olaraq neft idxalını azaldıb. Sanki bu günə hazırmış kimi. Hazırda Amerika aylıq olaraq 600 min barel neft istehlak edir. Onun yarısı daxili istehsal hesabına, 300 min barelini isə idxal edir.
Neftin qiymətinin dünya bazarında qiymətinin artımı 2015-ci ildə bir o qədər də gözlənilmir. Çünki artıq buna ehtiyac da azalıb.
Müşfiq Mehdiyev: Vüqar müəllim Azərbaycanla bağlı mükəmməl izah verdi. Mən də Ermənistandan danışmaq istərdim. İlk növbədə Ermənistan yanvar ayının 1-dən Avrasiya İttifaqında fəaliyyətinə rəsmi olaraq başladı. Bu, bir çox layihələrdən geri qalmaq deməkdir. Putin hər il mətbuat konfransı keçirir və sualları cavablandırır. Bu ilki mətbuat konfransında isə bidirdi ki, Rusiyada baş verənlər iqtisadi böhran deyil, xoşagəlməz ssenaridir və 2 il davam edəcək. Bu da o deməkdir ki, Rusiya Gömrük İttifaqının aparıcı və yaradıcı dövləti olaraq böhrandadırsa Ermənistanın vəziyyətinin yaxşılaşması yaxın gələcəkdə praktiki mümkün deyil.
“Genosidin yüz illiyində rejimsiz Ermənistan”
Ermənistanda Predparlament deyilən bir müxalifət fraksiyası var. Bu qrup qondarma genosidin 100 illiyi ərəfəsində hakimiyyəti devirməyi planlayır. Ötən il bununla bağlı böyük bir avtoyürüş keçirildi. “Genosidin yüz illiyində rejimsiz Ermənistan” adı altında. Bu yaxınlarda onların maşınları naməlum şəkildə yandırıldı.
Yəni Ermənistanın daxilində də vəziyyət siyasi formada yaxşı deyil.
2015-ci ildə demoqrafik fonda da vəziyyət ürək açan deyil. Bu ilin statistikasına görə 40 min nəfər geri dönməmək şərtilə Ermənistanı tərk edib. Və bu tendensiya davam edir. Gənclərdən alınan sorğuya görə də 92% gənc ölkəyə qayıtmaq istəmir. Çünki dövlətin gələcəyi yoxdur.
Araz Aslanlı: Azərbaycan cəmiyyətində psixoloji aspektdən də ciddi irəliləyiş yaranıb. Bununla bağlı 2 hadisəni qeyd etmək istərdim. Mübariz İbrahimov və helikopter məsələsi. Bu iki hadisə cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Hər şey bizim xeyrimizə olsa da topraqlarımız işğal altında qalmaqda davam edir. Çünki Rusiya amili bu məsələdə neytrallaşmayıb. Rusiya Azərbaycan münasibətləri başqa müstəviyə keçsə də dəyişən və sabit qalan faktorlar var. Biz o sabit faktorları neytrallaşdıra bilməmişik. Bunun isə 2015-ci ildə müsbətə doğru heç bir dəyişklik gözləmirəm.
Çingiz İsmayılov: Azərbaycanda gedən proseslərə ümumi kontekstdə baxmaq lazımdır. Çünki dünyada baş verən hadisələr sözsüz ki, Azərbaycana da təsir edəcək. İlk növbədə Rusiya-Qərb münasibətləri. Putinin son mətbuat konfransında çıxışı siyasətçi çıxışı deyildi. O açıq bəyan etdi ki, dünyada bütün məsələləri güc bahasına başa gəlir. Deməli onun dünyaya və Qafqaza baxışı da elədir. Gömrük İttifaqı isə urğursuz yaradılmış bir birlikdir. Adətən bütün birliklərə bir-birinə hər mənada yaxın göstəriciləri olan dövlətlər daxil olur. Ancaq bu birlikdə bir xaos var. Çünki nisbətən eyni səviyyədə olan 3 ölkə-Qazaxıstan, Rusiya, Belarusiya hara və kasıb dolanan Qırğızıstan, Ermənistan hara. Birliyin özündə iqtisadi natarazlıq var.
İqtisadiyyatla bağlı isə əlbəttə, neftin aşağı düşməsi və Rusiya böhranı bizim iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək. Ticarət dövriyyəsində azalma olacaq və pul dövriyyəsi azalacaq. Rusiya Azərbaycan üçün böyük bazardır. Ancaq bizim kifayət qədər iqtisadi gücümüz var və istənilən çətinliyin öhdəsindən gələ biləcəyik.
Mübariz Əhmədoğlu: 2015-ci il bölgə ili olacaq. 2014-cü il Azərbaycan baş verənlər göstərdi ki, Azərbaycan regionda gedən proseslərə hamıdan çox hazırdır. İstər neqativ istər pozitiv baxımdan.
Avrasiya İqtisadi Birliyinə qoşulmaqla Ermənistan Rusiyanın müstəmləkəsi olduğunu sübut etmiş oldu. 2015-ci il Ermənistan üçün çox çətin il olacaq, istər iqtisadi, istər siyasi baxımdan.
Fuad Babayev: Minnətdaram hər birinizə, gəlin elə öz gücümüzə inam hissi ilə də müzakirəni yekunlaşdıraq. Çox sağ olun!
Hazırladı: Aynur Hüseynova
1905.az