
Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusuna panel keçirilib.
AZƏRTAC xəbər verir ki, Əlican Ayanların aparıcılığı ilə keçilən paneldə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra regionda yaranmış yeni vəziyyətlə bağlı mövqeyini iştirakçılarla bölüşüb.
Paneldə, həmçinin Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, professorlar Kamil Aydın və Jirayir Libaridiyan çıxış ediblər.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar” mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu çərçivəsində hazırda bütün dünyanı düşündürən və narahat edən məsələlər ətrafında müzakirələr aparılır.
İyunun 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumun yekunu ilə bağlı mətbuat konfransı keçirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









