Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin Yaponiyanın “Hino” şirkətinin istehsalı olan ağır hərbi texnika daşıyıcılarından istifadə etməsi barədə xəbərlər və fotoşəkillər yayılması ilə bağlı məsələni şərh edən H.Hacıyev qeyd edib ki, Azərbaycan XİN bu məlumatı araşdırıb.
“XİN-in təlimatı əsasında Azərbaycanın Yaponiyadakı səfirliyi məsələnin araşdırılması üçün Yaponiyanın Xarici İşlər Nazirliyində görüş keçirib. Nazirlik tərəfindən bildirilib ki, Yaponiya ölkə konstitusiyasına və qanunvericiliyinə görə münaqişədə olan dövlətlərə silah-sursat ixrac etmir. Bu əsasda Yaponiya tərəfindən Ermənistan Respublikasına heç bir silah-sursatın, o cümlədən ağır texnika daşıyıcılarının satılmadığı qeyd olunub. Azərbaycanın Yaponiyadakı səfirliyi məsələ ilə əlaqədar “Hino” şirkəti ilə də əlaqə saxlayıb. Şirkətdən verilən məlumatda Ermənistana hərbi təyinatlı hər hansı nəqliyyat vasitəsinin və ya məhsulun satılmadığı təsdiq olunub”, – XİN sözçüsü vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, Ermənistanın üçüncü tərəf vasitəsilə bu nəqliyyat vasitələrini əldə etməsi istisna deyil: “Ermənistan tərəfindən bu məsələdə də yalana əl ataraq, hərbi təyinatlı malların idxalı zamanı tələb olunan son istifadəçi haqqında məlumatı düzgün vermədiyi özünü göstərir. Hərbi təyinatlı malların ixracına nəzarət üzrə rejimdən çıxış edərək, belə malları ixrac edən tərəflər də bir qayda olaraq bu kimi ixrac əməliyyatlarında tələb olunmalı olan “son istifadəçi sertifikatları” (end user certificate) məsələsinə ciddi diqqət yetirməlidirlər”.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









