Ətraf mühit üçün təhlükəli hesab edilən bəzi maddələrlə çirklənməsinin qarşısını almaq məqsədilə beynəlxalq təcrübəni və Azərbaycan Respublikasının “Su məcəlləsi”, “Su təchizatı və tullantı suları haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və digər qanunvericilik aktlarını da nəzərə almaqla “Təsərrüfat-məişət və istehsalat məqsədilə istifadə olunan yerüstü suların (çaylar, göllər, su anbarları və s.) tullantı suları ilə çirklənməsindən mühafizə qaydaları”nın layihəsi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Ataxan Bədəlov brifinqdə çıxışı zamanı bildirib.
A.Bədəlov qeyd edib ki, Cinayət Məcəlləsinə görə (Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilir və on min manatadək cərimə, azadlığın məhdudlaşdırılması və ya maksimal cəza 5 ilə qədər azadlıqdan məhrum edilmə nəzərdə tutulub.
Onun sözlərinə görə, strategiya üzrə müəyyən edilmiş hədəflərə nail olunması üçün bir çox praktik tədbirlərin görülür: “Strategiyada həm də su məsələləri sahəsində beynəlxalq təcrübə öyrənilməklə su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, həmçinin hazırki qanunvericilk aktları ilə tənzimlənməyən məsələlərin həll edilməsi tapşırılıb”.