
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən elan olunmuş matəm günü ilə əlaqədar Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində başsağlığı kitabı açılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 26-27-də BMT-nin yüksək səviyyəli rəsmiləri, xarici ölkələrin BMT yanında akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək başsağlığı veriblər. Nümayəndəlik heyəti təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








