Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev etimadnaməsini qurumun Baş direktoru Odre Azuleyə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev təşkilatın Parisdəki baş qərargahında UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb.
UNESCO-nun Baş direktoru Azərbaycanın təşkilat yanındakı daimi nümayəndəsinin etimadnaməsini qəbul edib.
Sonra Azərbaycan-UNESCO arasında ikitərəfli münasibətlər müzakirə olunub. O.Azule Azərbaycan ilə UNESCO arasında uzunmüddətli və məhsuldar əlaqələrin mövcud olduğunu qeyd edərək, ölkəmizin müxtəlif sahələrdə təşkilata verdiyi töhfələri yüksək qiymətləndirib.
Baş direktor bu əməkdaşlığın davamlı olmasını arzu edərək, səfir E.Abdullayevə yeni missiyasında uğurlar diləyib.
Azərbaycan-UNESCO əməkdaşlığına toxunan daimi nümayəndə E.Abdullayev təşkilatın bütün üzv dövlətlərlə bərabər səviyyəli münasibətlər qurmasının vacibliyini vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









