Oktyabrın 15-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması və azərbaycanlı dinc insanların və mülki obyektlərin atəşə tutulması barədə məlumat verib. İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən nazir Ceyhun Bayramov Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumu Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.
Nazir Mevlüt Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.
Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələb etdiyi kimi, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









