
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov və i.ü.f.d. Asif Əliyevin müəllif olduqları “Ölkənin dayanıqlı həyat keyfiyyətinin idarəedilməsində süni intellekt texnologiyaları” adlı elmi tədqiqat işi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə instituta ünvanlanan məktubda qeyd olunub ki, aktual mövzuya həsr olunan elmi tədqiqatda Azərbaycanda “dayanıqlı həyat keyfiyyəti” göstəricisinin formalaşdırılması üçün qlobal miqyasda aparılan debatlarla məntiqli şəkildə səsləşir.
Qeyd olunub ki, tədqiqatda metodoloji baxımdan klassik statistika ilə yanaşı inteqrasiya olunmuş Sİ alətindən – böyük dil modelləri, əsas komponentlər analizi, dəstək vektor reqressiyası, qeyri-səlis məntiq və Fuzzy k-NN kimi üsullardan kombinasiyalı şəkildə istifadə edilib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









