
“Artshop Publications” nəşriyyatında çap olunacaq kitabı jurnalist, şair-yazıçı İbrahim Tığ və Bülent Ecevit Universitetinin (BEÜ) doktoru Rövşən Məmmədov türk dilinə çeviriblər.
1990-cı ildə Bakının Yeni Suraxanı qəsəbəsində anadan olan Nemət Mətin gənc nəsil Azərbaycan ədəbiyyatının nüfuzlu yazıçılarındandır. O, əsərlərində Azərbaycan ədəbi dilindən səriştəli, aydın ifadəli, yüksək bədii qüdrətə malik nağılçı profilini çəkir. Demək olar ki, Mətinin həyata baxışı, covid, müharibə, həyat şəraiti, yaşadığı mühit, təbii ki, hekayələrində də bədbinlik yaradır. Bu da onun öz mühitini yaxşı izlədiyinin, əsərlərinin nə qədər realist olduğunun sübutudur.
Ön sözünü İbrahim Tığın yazdığı və “Son Uçuş” adı ilə nəşr olunan 80 səhifəlik kitabda 17 hekayə yer alıb.
“Azərbaycandan olan qardaşımız Nemət Mətinin bu gözəl əsərini BEÜ Doktoru Rövşən Məmmədovla türkcəyə çevirərək türk oxucularına təqdim etməkdən xoşbəxtik. Ümid edirik ki, kitabdakı hekayələrdən zövq alacaqsınız”, – deyə İbrahim Tığ bildirib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









