Ermənistanın müasir sərhədləri daxilində yaşayan azərbaycanlıların sayı 1926-cı ildəki 84,5 min nəfərdən artıb 1931-ci ildə 106,8 min, 1939-cu ildə isə 130,9 min nəfərə çatmışdı. Təbii artım 1939-cu ildə 1926-cı ilə nisbətən 154,9 faiz, 1931-ci ilə nisbətən isə 122,6 faiz təşkil etmiş, mütləq artım 12 il ərzində 56,4 min nəfəri keçmişdi. Hər min nəfərə düşən ali təhsillilərin və alimlərin sayına görə erməniləri üstələmişdilər. Həmin dövrdə ermənilərin təbii va mexaniki artımı müvafliq surətda 118,6 faiz və 102,2 faiz olmuşdu. Azərbaycanlıların xüsusi çəkisi 1926-cı ildə 9,5 faiz olduğu halda, 1931-ci ildə 10,1 faizə, 1939-cu ildə isə 10,5 faizə çatmışdır.
Bundan narahat olan Ermənistan SSR-nin rəhbərliyi azərbaycanlılar çoxluq təşkil edən rayonlarda inzibati-ərazi bölgüsü aparmış, Dilican rayonu İcevan və Krasnoselsk rayonlarına, Kalinino rayonu Kalinino, Stepanavan, Noyamberyan rayonlarına bölünmüş, əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olan Qarabağlar rayonu Vedi rayonuna, Amasiya rayonu Qukasyan rayonuna birləşdirilmişdir. Zəngibasar rayonu Artaşat və Eçmiadzin rayonları arasında bölünmüşdür. Beləliklə, bu rayonlarda azərbaycanlıların xüsusi çəkisi azalmış, ziyalıların bu və ya digər vəzifə tutmaq imkanları heçə enmişdir.
Erməni millətçiləri SSSR-də keçirilən kolxozların birləşdirilməsi, perspektivsiz kəndlərin ləğvi kampaniyasından da azərbaycan kəndlərinə qarşı məharətlə istifadə edə bildilər. Kəndlərin bir qismi “perspektivsiz” kimi gələmə verilərək ləğv edildi, ermənilər yaşayan kəndlərlə birləşdirildi. Bunlar Azərbaycan məktəblərinin, mədəniyyət ocaqlarının bağlanmasına, milli kadrların işsiz qalmasına və başqa yerlərə köçməsinə səbəb olmuşdur.
Stalin-Mikoyan-Beriya üçlüyünün fitvasına əsasən 1947-1952-ci illərdə Ermənistandan 130 min nəfərə yaxın azərbaycanlı əhalinin guya “könüllü surətdə” heyvan daşınan üfunətli vaqonlarda köçürülməsi təşkil olundu.
1948-ci il Ermənistanda yaşayan azərbaycanlıların hayatında yeni faciələrin başlanğıcı kimi tarixdə həkk olunmalıdır. Stalin-Mikoyan-Beriya üçlüyü Ermənistanda yaşayan azərbaycanlılara qarşı yeni genosid proqramının əsasını qoydular. “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli gərarı əsasında Ermənistanda yaşayan 100 min nəfər azərbaycanlı ahali köçürülməli idi. Bununla 1948-ci ildən soydaşlarımızın ata-baba yurdlarından guya “könüllü” deportasiyası başlandı. Qərarın 11-ci bəndində deyilirdi: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdə va yaşayış evlərində xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə olunsun”. Belə izah olunurdu ki, Ermənistanın kiçik ərazisində xaricdən gələn erməniləri yerləşdirmək çətindir, və azərbaycanlıların köçməsi ermənilərə göstərilən qardaşlıq münasibətinin təzahürüdür.
Qərbi Azərbaycan torpaqlarında ermənilərin yerləşdirilməsi üçün SSRI Nazirlər Soveti 1945-ci il noyabrın 21-də xüsusi qərar gəbul etmişdir. Bu qərarda xaricdən ermənilərin gətirilməsi və Ermənistanda yerləşdirilməsinin bütün detalları nəzərdə tutulmuş, azərbaycanlıların köçürülməsi xarici ermənilərin boşalan kəndlərdə yerləşdirilməsilə əsaslandırılırdı. Sonralar aşkarlandı ki, əslində bu kəndlərdə yerli ermənilər məskunlaşdırılmışdır. Deməli o zamandan əsas məgsəd azərbaycanlıları qovmaq, erməni kəndlisinin yerini genişləndirmək idi. Boşalmış 200-dən çox kənddə bir nəfər də olsun xaricdən gələn erməni yerləşdirilməmişdir. Ləğv olunan Qarabağlar rayonunun bütün kəndlərinin ərazisi Vedi rayonundakı ermənilər yaşayan kəndlərin mal-garası üçün otlaq yerinə çevrilmişdir. Martuni rayonu dağ kəndlərinin erməni əhalisi Vedi və Artaşat rayonlarında, Ağın rayonu dağ kəndlərinin erməni əhalisi Zəngibasar rayonunun Mehmandar və digər kəndlərində yerləşdirilmiişdir. Yalnız İrandan köçüb gələn ermənilər üçün Eçmiadzin, Hoktemberyan, Artaşat rayonlarında bir neçə sovxoz təşkil olunmuşdur.
Kommunist partiyasının təbliğat-təşviqat maşını işə salınıb bu köçürməni belə əsaslandırmağa cəhd göstərirdi ki, Ermənistandan köçürülən azərbaycanlılar Azərbaycanın geniş və münbit torpaq sahələrində maddi durumlarını xeyli yaxşılaşdıra, mədəniyyət, təhsil sahəsində inkişaf edə biləcəklər. Sovet Azərbaycanında məkrli erməni kələyini heç kim dərk etməmiş, əksinə, Azərbaycandan onlarca rəsmi nümayəndələr, o cümlədən Nazirlər Soveti sədrinin müavini, ziyalılar Ermənistana gedib azərbaycanlılarla söhbətlər aparır, köçürməni Lenin-Stalin milli siyasətinin yeni bir təzahürü kimi qələmə verir, prosesi sürətləndirməyə çalışırdılar.
Buna baxmayaraq bir sıra rayonlarda el ağsaqqalları müqavimət göstərməyi bacarmışdır. Əhalisinin 90 faizindən çoxunu azərbaycanlılar təşkil edən Basarkeçər rayonunda “köçürmə” ciddi çətinliklərlə garşılaşdı. Rayon əhalisi köçürməni təşkil etmək üçün rayona gələn emissarlara deyirdi: “Aramızda Şahdağı, o tərəfdə isə Kəlbəcər var. Niyə bu gədər əziyyət çəkib bizi oraya köçürürsünüz? Yaxşı olmazmı ki, biz yerimizdə qalaq, sərhəddi bu tərəfə – Göyçənin (Sevanın) ortasına çəkəsiniz?” Bu kimi gizli müqavimətlərin təşkilatçıları Talıb Musayev, Tapdıq Əmiraslanov, Yunis Rzayevvə başqaları idi. Beləliklə, Basarkeçər rayonunda azərbaycanlılar yaşayan 33 kəndin əhalisi yerindən tərpənmədi,1988-ci ilin deportasiya dövrünə qədər bütün təzyiqlərə sinə gərdi.
Köçürməni sürətləndirmək üçün Ermənistan SSR-nin rəhbərləri hətta rayonların məsul işçilərinə təzyiq göstərirdilər. Məsələn, Əzizbəyov rayonunun İcraiyyə Komitəsinin sədri Yusif Abbasov və raykomun ikinci katibi Əziz Cəfərov Yerevana dəvət edilmiş, oradan qayıtdıqdan dərhal sonra Y.Abbasov Bakıya, Ə.Cəfərov isə Mir-Bəşir rayonuna köçmüşdürlər. Nə qədər qəribə görünsə də onların vəzifədən azad edilməsi nə rayon partiya komitəsində, nə də rayon Sovetinin sessiyasında müzakirə olunmamışdır.
Rayon əhalisinin üçdə birindən çoxunun azərbaycanlı olmasına baxmayaraq bir gün ərzində rayon mərkəzində vəzifə tutan bir nəfər də azərbaycanlı kadr qalmadı. Bunları görən azərbaycanlı əhali köçkün yoluna üz tutdu.
Ermənistan hökuməti köçürmənin təşkili zamanı belə bir taktika seçmişdir. İlk növbədə əhalisi qarışıq olan, sonra münbit torpaqları və yaxşı iqlim şəraiti olan kəndlərin azərbaycanlı əhalisi köçürülürdü. Qarışıq kəndlərdə onların evinə dərhal həmin kəndin erməni əhalisi yerləşir, ev-eşiklərinə sahib olurdular. Əhalisi bütünlüklə köçürülən kəndlərdə isə dağlarda yaşamış ermənilər məskunlaşırdı.
Məsələn, Əzizbəyov rayonunun mərkəzindən 10 km cənub-şərqdə, Əzizbəyov-Sisyan yolunun sağında, meşəli təpələrlə əhatə olunmuş səfalı bir guşə – Cul kəndi vardı. Uzaqdan baxarkən kənd iri bir amfiteatra bənzəyirdi, içindən büllur kimi bərq vuran şəffaf bulaq axırdı. Kənddəki 1X-XVI əsrlərə aid qəbiristanlıq buranın qədim türk tayfalarına məxsus olduğunu sübut edirdi. 1831-ci ildə 25 evdə 117 nəfər, 1891-ci ildə 899, 1905-ci ildə 1222, 1931-ci ildə 960 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1931-ci ildə 1905-ci ilə nisbətən əhalinin azalması 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən soyqırımın nəticəsi idi. 1918-ci ildə əhali kəndi tərk etmiş, 1920-ci ildən sonra geri qayıdmış, 1949-1950-ci illərdə Azərbaycana köçürülmüşdür. İnsanları elə tələm-tələsik çixarmışdılar ki, hətta kolxoz sədri Rizvan Quliyev əmək haqqına düşən taxılı belə apara bilməmişdi.
Azərbaycanlılar köçürüləndən dərhal sonra dağlıq Ağxaç kəndinin erməni əhalisi burada yerləşdirilmişdir. Cul kəndi 63°, 16′, 45″ uzunluq, 39° 39′ 35″ en dairəsində, dəniz seviyyəsindən 1885 metr yüksəklikdə, Ağxaç kəndi isə 63°, 05′, 45″ uzunluq, 39° 35′, 57” en dairəsində, dəniz seviyyəsindən 1940 metr yüksəklikdə yerləşmişdir. Beləliklə, daha yüksəklikdə yerləşən kənd əhalisi aşağıya – mimbit torpaqları olan kəndə köçürülmüşdür. Ermənistan SSR Ali Sovetinin 1950-ci il 18 aprel tarixli fərmanı ilə Cul kəndi Artavan adlandırılmışdı. Əhalinin köçürülməsi ilə yanaşı tarix də saxtalaşdırılmışdir. Erməni mənbələrində Cul kəndini səciyyələndirən dəlillər Ağxaç kəndinin adına yazılmışdır. Bu kimi saxtalaşdırma belə bir rəy yaradmaq üçündür ki, guya 1950 ilə gədər Cül kəndində azərbaycanlılar yaşamayıb.
Yeri gəlmişkən qeyd edək ki, Ağxaç kəndində yaşayan ermənilərin əcdadları 1828-1829-cu illərdə İranın Xoy va Salmast şəhərlərindən gəlmiş, əvvəlcə Söylən kəndində, sonra isə əvvəllər azərbaycanlılar yaşamış Ağxaç kəndində yerləşdirilmişdilər. 1831-ci ildə Söylən kəndində 14 ailəda 58 nəfər, Ağxaç kəndində isə 6 ailədə 37 nəfər azərbaycanlı əhalisi olub. İrandan köçüb gələn ermənilərin Dərələyəz bölgəsində yerləşməsi ilə əlaqədar bu kəndlərin azərbaycanlı əhalisi başqa kəndlərə köçmüşdür.
Digər kəndlərin də başına eyni oyunlar açılmışdır. Sovet Ermənistanında əvvəlcə 1918-1920-ci illər azərbaycanlı əhalisi qovulmuş kəndlərin, sonra internasional adlananların 1948-1952-ci illərdə və nəhayət, əhalisi 1988-ci ildə qovulmuş bütün kəndlərın adı dəyişdirilib erməniləşdirilmişdir. Buna həm Azərbaycan xalqına, həm də tarixə qarşı təcavüzdən, genosiddən başqa özgə ad vermək olmaz.
Göründüyü kimi, Çar Rusiyası dövründəki hadisələrlə Sovet dövrünün hadisələri bir-biri ilə üst-üstə düşür. Yalnız bir fərqlə: Çar Rusiyası dövründə azərbaycanlılar ev-eşiklərındən qovulur, yerlərində ermənilər məskunlaşdırılır, kəndlərin adı olduğu kimi qalır, onların milli mənsubiyyəti saxlanılırdı, Sovet dövründə isə azərbaycanlılar qovulur, yurdlarında ermənilər məskunlaşdırılır, kəndlərın adı dəyişdirilib erməniləşdirilir, tarix saxtalaşdırılırdı.
Azərbaycanlıların Ermənistandan yola salınması da ağrılı məsələlərdəndir. Ermənistandan köçürülənlər ev əşyaları, mal-qaraları ilə birlikdə heyvan daşınan vaqonlara doldurulub İmişli, Sabirabad, Saatlı, Beyləqan, Ağdaş, Göyçay, Zərdab, Ucar, Xanlar rayonlarına doğru, Yerevan-Naxçıvan-Mincivan-Horadiz-Saatlı istiqamətində yola salınırdı. Qızmar yay günlərində köçkünlərin nə dərəcədə əzab-əziyyət çəkdiklərini təsəvvür etmək çətin deyildir.
Köçkün karvanlarından birinin keçdiyi yolu nəzərdən keçirək. Basarkeçər, Nor-Bayazet, Axta rayonlarından köçürülənləri Zəngibasar (Uluxanlı) dəmir yolu stansiyasına toplayırdılar. Onların bir yerə yığılması, vagonların yüklənməsi azı 10 gündən çox çəkirdi. Bundan sonra 30-40 vaqondan ibarət köçkün karvanı yola salınırdı. Hərəkət elə planlaşdırılmışdır ki, köçkünləri daşıyan qatarlar iri dəmir yolu stansiyalarından gəcələr keçirdi. Ona görə belə edirdilər ki, yerli əhali köçkün soydaşlarının acınacaglı halını görüb narazılıq ətməsinlər.
Köçkünlərin İmişli, Saatlı, Ucar, Ağdaş, Xanlar rayonlarına gedib çatması ən azı 10-15 gün çəkirdi.
Əhali və mal-qara susuzluqdan, aclıqdan xeyli əziyyət çakirdi. Mal-qara qızdırmadan tələf olurdu, qocalar və uşaqlar arasında ölüm halları baş verırdi. Köçkün vaqonlarında doğulan uşaqlara valideynləri Köçxanım, Köçəri adları verirdilər. Köçəri qədim zamanlardan, Köçxanım isə Sovet dövrünün töhfəsi idi. Amasiya, Noyemberyan, Qafan, Sisyan, Əzizbəyov, Mikoyan və başqa rayonlardan yola salınanlar da bu kimi acınacaqlı vəziyyətlə üzləşirdilər.
Ermənistandan yola salanlarla Azərbaycanda qarşılayanlar arasında lazımi əlagənın olmaması üzündən gələnlər Azərbaycan rayonlarında da xeyli əziyyət çəkirdilər. Əksər hallarda qatarlar vaxtında mənzil başına çatmırdı, bu səbəbdən köçkünlər vaxtında garşılanmırdılar. Stansiyalar ətrafına tökülmüş insanlar yeni əziyyətlərlə üzləşirdilər.
1948-1952-ci illərdəki köçürmə zamanı köçkünlərin yüzilliklərlə yaşadığı və yeni məskunlaşdığı ərazinin iqlim fərqi nəzərə alınmırdı. Dəniz seviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq rayonlarında yaşayanların Azərbaycanın aran rayonlarında yerləşdirilməsinə haqq qazandırmaq olmaz. Yerli şaraitə uyğunlaşa bilməyən köçkünlər Azərbaycanın müxtəlif rayonlarına səpələnmək, hətta sonralar Ermənistana qayıymaq məcburiyyətində idilər. Həmçinin köçürülmə əsrlər boyu Ermənistanda yaşamış əhalinin özünəməxsus adət-ənənələrinin də itirilməsinə gətirdi.
0 zaman Göyçə mahalında yaşayan, 1918-ci ildə Andranikin əməlləri ilə üzləşmiş pirani qoca Şamo Vəliyevin “Mikoyanın qələmi Andranikin qılıncından bətərdir” kəlamı geniş yayılmışdır. Şamo kişi deyirdi ki, “Andranikin qılıncindan xilas olunanlar ev-eşiklərinə qayıtdılar. Mikoyanın qələmi isə elə hökm yazıb ki, bir daha buraların üzünü görə bilməyəcəyik. Görünür, daşnaklarla Sovetlər bir şeydir: onlar gılıncla, bunlar isə pambıq sapla baş kəsəndirlər.”
Xarici köçkünlərin içərisinə soxulub gələn daşnak emissarları əvvəl gizlin, 1965-ci ildən sonra isə açıq-aşkar antitürk təbliğatı aparırdılar. Azərbaycanlıların respublikadan sıxışdırılıb çıxarılmasına yönəlmiş tədbirlər davam etdirilirdi. Belə ki, X.Abovyan adına Ermənistan Dövlət Pədaqoji İnstitutunun azərbaycanlı şöbəsi bağlanıb Bakıya köçürüldü. Bu şöbənin dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri, qiyabi təhsil bölmələrində 600 nəfərdən çox tələbə təhsil alırdı. Yerevan Pedaqoji Məktəbi Xanlar şəhərinə köçürüldü. Kənd Təsərrüfatı Texnikumu, sonra C.Cabbarlı adına Yerevan teatrı fəaliyyətlərini dayandırdılar. Bu teatrda xüsusi dəsti-xətti və xidməti olan Əli Zeynalov kimi görkəmli xadim yetişmiş, sonralar Azərbaycana köçmüşdür.
Xaricdən gələn erməniləri yerləşdirmək üçün Yerevanda, Çarentsavan, Qaqarin kimi yeni şəhər və gəsəbələr salınmışdır. Ərəbgir adlanan sahədə də yeni şəhər inşa edildi və 70-ci illərdə Yerevanın tərkibinə daxil olundu. Tikililər mebel və qab-qacaqla birlikdə onlara pulsuz verilirdi. Xüsusi ev tikmək arzusunda olanlara kreditlər ayrılır, az müddətdən sonra isə borcları silindi.
Azərbaycanlılar köçürülmüş Təpəbaşı, Dəmirbulaq, Şəhər kimi qədim məhəllələrin sahələrində yeni çoxmərtəbəli binalar ucaldıldı. Məlumat üçün qeyd edək ki, 1831-ci ildə Şəhər məhəlləsində 3199 nəfər, Təpəbaşıda 2537 nəfər, Dəmirbulaqda isə 1595 nəfər azərbaycanlı yaşamışdır.
Stalinin vəfatı “könüllü” köçürməni müvəqqəti də olsa dayandırdı. Zavallı köçkünlərin bir hissəsi ata-baba yurdları olan Ermənistana doğru üz tutdu. Lakin yerli hakimiyyət organları onlann qoyub getdikləri evlərda və kəndlərdə yerləşməyə icazə vemədi. Emənilər müftə yiyələndikləri ev-eşikdən əl çəkmək istəmirdilər. Geri gayıdanların bir hissəsi, məsələn, Noyemberyan rayonundakı Ləmbəli və Körpülü kəndlərinin əhalisi yeraltı daxmalar düzəldib orada yaşamağa məcbur oldular.
Zəngibasar rayonundan olan köçkünlərin bir hissəsi geri qayıdıb ləğv olunmuş Həbilkənd və Sarcalar kəndlərinin ərazisində toplaşdılar. Çətın təbii iqlim şəraiti olan bu kəndlərdə ermənilər ınəskunlaşmamışdır. Respublika hökuməti boş qalan torpaqlardan səmərəli istifadə etmək üçün M. Kalinin adına tərəvəzçilik sovxozu yaratdı. Taleyin hökmünə bir bax! Azərbaycanlıların qovulub köçürülməsinin təşkilatçılarından biri olan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin(KP MK) birınci katibi Q.A.Harutyunyan Mərkəzi Komitənin 1953-cü il sentyabr plenumunda vəzifədən azad edilib bu sovxoza direktor təyin olundu. Əhalisi bütünlüklə Azərbaycana köçüb geri qayıdanlardan ibarət olan bu sovxoza rəhbərlik etdiyi müddətdə o, azərbaycanlıların fədakar əməyinə heyran qaldığını dəfələrlə qeyd etmiş, onların köçürülməsinin cinayət olduğunu sonradan başa düşdüyünü etiraf etmişdir.
Bunlar tarixdir. Tarix isə reallığın inikasıdır. Bu reallığı öyrənib nəticə çıxarmaq hər nəslin borcu və vəzifəsidir. Lakin nə qədər gəribə görünsə də, hələ indiyə qədər 1948-1952-ci illərdə Ermənistandan Azərbaycana köçürülənlərin kəndlər üzrə sayı və yerləşdirildikləri yerlərin adları haqqinda heç bir rəsmi məlumat dərc olunmayıb.
1931-ci – 1959-cu illər arasındakı 28 il ərzində azərbaycanlı əhalinin artımı demək olar ki görünmür. Bunun səbəblərindən biri müharibə idisə, digər əsas səbəbi kütləvi deportasiya, antiazərbaycan siyasətinin genişlənməsi olmuşdu. Əgər həmin 28 il ərzində azərbaycanlı əhalinin mütləq illik artımı lap az – 2,5-2,7 faiz olsaydı belə 1959-cu ildə sayı 235-240 min nəfərdən çox olardı. Beləliklə, 1918-1920-ci illərdə Ermənistanda yaşayan 260-280 nəfər azərbaycanlı məhv edilmiş, ya qovulmuşdusa, 1948-952-ci illərdə 130 min nəfərdən çox soydaşımız qədim yurd-yuvasından məcburi köçürülmüşdür. . Bu rəqəmin reallıığı 1959-cu ildəki əhalinin sayı arasındakı fərglə, hər il azərbaycanlıların illik artımının 3,0 faizindən çox olması ilə təsdiqlənir.
N.S.Xruşşovun hakimiyyəti dövründə Ermənistanda yaşayan azərbaycanlılara qarşı münasibətdə müəyyən sabitlik yarandı. Bu dövrdə respublikanın stalinçi rahbərlərinə qarşı kəskin və ədalətli tədbirlər yerlərdə ekspansionist cəhdlərə müvəqqəti olaraq son qoydu. Moskvada baş verən hadisələri diqqətlə izləyib, bu ab-havaya uyğun olaraq siyasətlərində müəyyən taktiki düzəlişlər edirdilər. 1965-ci ildən sonra müəyyən müddət pərdəarxası oyunlar aparıldı, 1982-ci ildən ermənilər yenidən açiq demarşlara başladılar.
1983-cü il aprelin 24-da Masis (Zəngibasar) rayon mərkəzində azərbaycanlıların toyuna erməni ekstremistləri hücum edib məclisi dağıtmış, xeyli adama bədən xəsarəti yətirmişdilər. Həmin gün qəsəbədəki azərbaycan qəbiristanlığı darmadağın edilmişdi. Bu vandalizmə qarşı etiraz edərək azərbaycanlılar Ermənistan-Türkiyə sərhəddinə toplanmış, mitinqlər keçirmiş, Türkiyəyə keçmələrini tələb etmişdilər. Yalnız bundan sonra rayonun rəhbərliyi bir gecədə qəbiristanlığı bərpa edib əvvəlki vəziyyətinə qaytarmışdır. Moskvadan gələn komissiya isə hadisəni məişət ixtilafi kimi qələmə verib geri qayıtmışdı. Heç bir ciddi tədbir görülmədiyini hiss ədən millətçi qüvvələr öz çirkin əməllərıni genişləndirirdilər. Bu hadisələr gələcək qırğınlar barədə azərbaycanlılara mesaj idi. İmkanı olanlar yavaş-yavaş ata-baba yurdlarını tərk etməyə başladılar.
Akademik Ağanbekyanın 1987-ci ildə Parisdə “Yumanite” qəzetinə Dağlıq Qarabağın Ermənistana birləşdirildiyi və M.Qorbaçovun buna razılıq verdiyi barədə müsahibəsi ilə yeni münaqişəyə start verildi. İttifaq hökumətinin gizli dəstəyindən istifadə edən ermənilər, Dağlıq Qarabağın, Naxçıvanın Ermənistana birləşdirilməsini, azərbaycanlıların respublikadan çıxarılmasını tələb etməyə başlamışdılar. 1988-ci ilin ortalarında Yerevandakı Teatr meydanında, Leninakanda, Qafanda mitinqlərə ara verilmirdi. SSRI-nin bayrağı tapdalanır, ermənilərin hərakatını tənqid etdiynə görə “Pravda” qəzetinin çap olunmasına maneəçilik törədirdilər.
Tarix göstərdi ki, M.Qorbaçov səhlənkarlığının məkli səbəbləri olmuşdur. Artıq o, ermənilər tərəfindən azərbaycanlılara garşı törədilən cinayətin ruhlandırıcı və icraçısı rolunu da öz üzərinə götürmüşdür. Məhz ona görə Sovet hakimiyyətinin hərəkətlərindən narazı olan Bakı əhalisinin dinc nümayişini “şər imperiyasının” əsgərləri qan dənizində boğdular. Məhz M.S.Qorbaçovun göstərişilə Stavropol diyarında yaşayan hərbi mükəllafiyyətçi ermənilər Azərbaycana göndərilmişdi. Bakıdakı 20 Yanvar gırğınını da rus generallarının göstərişi ilə onlar törətmişlər. Təsadüfi deyil ki, məhz 20 Yanvar faciəsindən sonra Yazov marşal ulduzuna layiq görülmüşdür.
M.S.Qorbaçov xarici ölkələrlə “soyuq müharibəyə” son qoysa da SSRİ-nin daxilində “qızğın müharibə”lər ocaqları yaratdı, millətləri biri birinə qırdırdı.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanda yaşayan azərbaycanlı əhali doğma Oğuz elindən tamamilə qovulmuş və didərgin salınmışdır. Onların sayı haqqında müxtəlif rəqəmlər gətirilir. Lakin apardığımız hesablamalar göstərir ki, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların sayı 250 min nəfərdən çox ola bilərdi. Həmin dövrdə Ermənistan əhalisinin mütləq artımı 2 faizdən çox, azərbaycanlı və kürdlərın mütləq artımı isə ildə orta hesabla 3,0-3,5 faiz arasında olmuşdu.Əgər illik orta artım 2,8-2,9 faiz üzrə həsablansa belə 18 il ərzində mütləq artım 100 min nəfər olar, 1989-cu il ərəfəsində azərbaycanlıların sayı 250 min nəfəri kəçərdi. Həm də həsaba almaq lazımdır ki, Ermənistan vətəndaşı olan, ölkənin ali və orta ixtisas məktəblərində oxuyanların, Sovet ordusunda qulluq edanlərin, ölkənin müxtəlif bölgələrində müvəqqəti işləyənlərin əksəriyyəti qaçqınlar, qovulmuşlar siyahısına daxil edilməmişdi.
1988-ci ilin may ayında Ararat (Vedi) rayonundakı Şirazlı kəndində yaşayan azərbaycanlıların evlərinə hücum edilmiş, əhali kənddən govulmuş, Ermənistan-Türkiyə sərhəddinə yaxın Şiddi kəndindəki zastavaya toplaşmışdı.
İyun ayında Masis rayonundakı Sarvanlar, Nizami, Sayat Nova kəndlərində və Masis qəsabəsində azərbaycanlılar yaşadıqları evlər basqına məruz qalmışdı. Bu kəndlərin 10 min nəfərdən çox Əhalisi Rəncbər kəndindəki sərhəd zastavasına toplaşmışdı. Bir küçədə 45 ev dağıdılıb yandırılmışdı. Amasiya, Quqark, Spitak, Qafan, Gorus, Sisyan, Meğri, Yeğeqnadzor, Əzizbəyov, Vardenis rayonlarında bu cür dağıntılar, əhalinin döyülməsi halları baş verirdi. Masis Rayon Partiya Komitəsinin katibi Gülnarə Hüseynova iş yerinə buraxılmamış,. Amasiya Rayon Partiya Komitəsinin birinci katibi İldırım Bağırov rayondan qovulmuşdu.
Sərhəd zastavalarından verilən məlumatları, əhalinin saysız teleqramlarını Moskva qulaqardına vururdu, 250 min nəfərə yaxın azərbaycanlının taleyinə biganəlik göstərilirdi. 0 zaman bunun qəsdən edildiyini heç kəs ağlına belə gətirmir, hökumətin zəifliyi kimi qələmə verməyə çalışırdılar. Ancag sonrakı hadisələr göstərdi ki, bunlar Qorbaçov hökumətinin, Sov.İKP MK Siyasi Bürosu siyasətinin ana xətti imiş.
1988-ci ilin noyabr, dəkabr aylarında Ermənistan rayon rəhbərləri azərbaycanlılar yaşayan kəndlərə gedib əhaliyə qırğından gurtarmaq üçün Azərbaycana köçməyi məsləhət görürdülər. Bunun üçün avtobuslar da təşkil olunmuşdu. Bundan sonra təşvişə düşən əhali erməni sürücülərinin idarə etdikləri avtomaşınlar dolurdu, Onları xilasetmə adınan kənddən çıxarıb birbaşa başkəsən “saqqallılar”ın yanına aparıb qırdırırdılar. Qaçıb xilas olunanlar qarlı-boranlı dağ cığırları ilə Azərbaycanaüz tuturdular. Bu cür vəhşiliklər ən çox Vardenis, Quqark, Spitak, Masis, Əzizbəyov, Amasiya rayonlarında baş verirdi. Nəticədə 229 nəfər həlak oldu. Onlardan Quqark rayonunda 12 nəfər diri-diri yandırılmış, əksəriyyəti işgəncə ilə qətlə yətirilmişdi.
Beləliklə, 1989-cu ildə əhalinin siyahıyaalınması ərəfəsində Ermənistanda (Meğri rayonundakı Nüvədi kəndinin əhalisindən başqa) bir nəfər də olsa azərbaycanlı qalmamışdı. Nüvədililər üç ilə yaxın erməni təcavüzünə sinə gərdi, 1991-ci il avqustun 8-də isə doğma yurdlarını məcburi tərk etdilər.
Azərbaycanlıların kütləvi surətda qovulmasının təşkilatçısı o zaman respublika Kommunist Partiyasr Mərkəzi Komitəsinin birınci katibi Sergey Harutyunyan olmuşdu. 0, govulmanın planını müəyyənləşdirdikdən, lazımi tapşırıqlar verdikdən sonra Moskvaya “ezamiyyətə” getmişdi ki, sonra guya heç nədən xəbəri olmadığını deyə bilsin. O həmin S.Harutyunyan idi ki, 1965-ci ildə tələbələrin antiazərbaycan çıxışlarını təşkil etmişdi.. Qriqori Harutyunyanın 1947-1952-ci illərdə başlayıb sona çatdıra bilmədiyi “köçürməni” 1988-ci ildə eyni familiyalı Sergey Harutyunyan qovulma ilə əvəz edib sona yetirdi.
Əsası daşnak partiyası tərəfindən qoyulmuş etnik təmizləmə siyasətini Ermənistan Kommunist iqtidarı başa çatdırdr. Bunu dolayı yolla da olsa Ermənistan KP Mərkəzi Komitəsinin 1989-cu il yanvar ayında qəbul etdiyi qərar da təsdiqləyir.
Həmin qərarda göstərilir ki, sabitliyi pozduqlarına, millətlərarası ədavətin qarşısını almadıqlarına, fəaliyyətsizliyə və digər ganun pozuntularına yol verdiklərinə görə 1988-ci il dekabr ayında 13 nəfər rəhbər işçi Sov.IKP sıralarından xaric edilmiş, partiya, sovet və təsərrüfat orqanlarının 24 nəfər rəhbər işçisi, rayon və şəhərlərin hüquq- mühafizə orqanlarının 12 nəfər işçisi vəzifədən azad edilmiş, 68 nəfərə partiya töhməti verilmişdi. Quqark Rayon Partiya Komitəsinin birinci katibi L.Bağdasaryan, Quqark rayon Soveti İcraiyyə Komitəsinin sədri S.Kazaryan vəzifələrindən azad edilmiş və partiya cəzası almışlar.
Qərarda qeyd edilmişdir ki, partiya, sovet və təsərrüfat organları çətın şəraitdə qətiyyətsizlik, passivlik göstərmiş, prinsipial mövqedə durmamışlar. Stepanavan, İcevan, Yeğeqnadzor, Quqark, Krasnoselsk, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətandaşların konstitusiya hüquqlarinin kobud surətdə pozulması, şantaj və hədə ilə müşaylət olunan intizamsızlıq halları baş vermişdi. Rayonda vəziyyəti sabitləşdirmək və millətlərarası toqquşmaların qarşısını almaq üçün qəti tədbirlər görmədiklərinə, insan tələfatı və azərbaycanlı əhalinin kütləvi surətdə köçməsini təşkil etdiklərinə görə Stepanavan Rayon Partiya Komitəsinin birınci katibi Y.Cşmarityana partiya işinə yazılmaq şərtilə şiddətli töhmət verilmiş, Stepanavan Rayon Soveti İcraiyyə Komitəsinin sədri R.Mirzoyanın həmin vəzifədə galması qeyri-mümkün sayılmış, şəxsi işinə yazıimaqla ona şiddətli töhmət verilmişdi. Rayonda millətlərarası münasibətlərə siyasi rəhbərliyi təmin etmədikləri üzündən azərbaycanlı millətindən olan əhalinin intensiv miqrasiyasına yol verdiklərinə görə İcevan Rayon Partiya Komitəsinin birinci katibi C.Ananyana şəxsi işinə yazılmaqla töhmət verilmiş, İcevan Rayon Soveti İcraiyyə Komitəsinin sədri L.Ordmyana şəxsi işinə yazılmaqla şiddətli töhmət verilmişdir. Xalq təhsili naziri, Sov.İKP üzvü S.Haxumyana şəxsi işinə yazılmaqla şiddətli töhmət verilmişdi. Ermənistan SSR Daxili İşlər naziri U.Harutyunyana, Daxili İşlər nazirinin müavinləri Q.Qriqoryana və Q.Qukasyana partiya cəzası verılmişdi. (Bax: “Pravda” qəzeti, 17 yanvar 1989-cu il).Göründüyü kimi, sənəddə azərbaycanlılara qarşı təcavüz faktları rəsmi təsdiqlənir.
Bununla yanaşı qeyd edirik ki, qərarda dəfələrlə təkrar olunan “millətlərarası ədavət”, “millətlərarası toqquşma” məfhumları həqiqi vəziyyəti ört-basdır etmək məqsədi ilə işlənmişdir. Çimki baş vərmiş hadisələr rəhbər partiya, sovet organları tərəfından qızışdırılan və təşkii olunan aksiya idi. Millətlərərası münaqişə dedikdə münaqişəyə cəlb olunan tərflərin bir-birinə qarşılıglı surətda bildirdikləri iddia nəticəsində baş verən aksiya nəzərdə tutulur. Ermənistanda yaşayan azərbaycanlıların ermənilərə qarşı heç bir iddiası olmamışdır.
Əgər Ermənistanda baş vermiş hadisə millətlərarası münaqişə olsaydı, hər iki tərəfdən ölənlər, zərərçəkənlər, ev-eşiyindən didərgin düşənlər olardı. Lakin Ermənistanda münaqişələrdən zərər çəkmiş bir nəfər də erməni yox idi. Azərbaycanlılardan isə 229 nəfər qətlə yetirilmiş, sağ qalanlar deportasiya olunmuşdur. Bunu dolayı yolla da olsa qərarda göstərilən faktlar da təsdiqləyir.
Bu əsərdə azərbaycanlılann məruz galdıqları təcavüz və vəhşiliyin şərti mərhələlərə bölünmüş yığcam şərhi verilmişdir. Birinci dövrdə azərbaycanlılar gəlmə ermənilər tərəfindən sıxışdırılmış, ikinci dövrdə əhali qılıncdan keçirilmiş, üçüncü dövrdə isə didərgin salınmışdır. İrandan və Türkiyədən köçürülmüş ermənilər İrəvan xanlığı ərazisində yerləşdirilməsəydi 1905-1906, 1918-1920, 1948-1952-ci illərin faciələri də olmazdı. Ümidvarıq ki, hər bir oxucu rəqəm və faktlar əsasında müstəqil nəticə çıxaracaqdır.
Oxucuda belə bir fikir yaranınasın ki, Ermənistanda yaşayan azərbaycanlılar düşmənə qarşı vuruşmayıb, asanlıqla təslim olub, qaçıblar. Yox, qəti belə deyil. Zəngibasar üsyanı, Vedibasar, Böyük Qarakilsə, Basarkeçər, Şərur-Dərələyəz, Zəngəzur bölgələrində azərbaycanliların müqavimət hərəkatına dair yüzlərcə ibrətamiz faktlar, tarixi dəlillər vardır.
Həbib Rəhimoğlu
“Silinməz adlar, sağalmaz yaralar”kitabından