
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Şuşa ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması nümayiş etdirilib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoyublar. Məhz rəşadətli Ordumuzun düşməni qovması nəticəsində 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









