Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Azərbaycanda başlanan genişmiqyaslı yardım kampaniyasına dəstək verir.
AZƏRTAC “Azərpoçt” MMC-yə istinadən xəbər verir ki, bu gündən “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır. Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə, bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.
Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.
Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir.
Yardım məqsədilə aşağıdakı geyim və əşyaların göndərilməsi tövsiyə olunur:
Geyimlər: palto, plaş, papaq, şərf, əlcək, qış ayaqqabıları, isti üst geyimləri, alt paltarları.
Digər əşyalar: çadır, döşək, yorğan, yastıq, termos, uşaq bezləri, əl fənəri, generator.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









