AzNews.az xəbər verir ki, bu gün AVCİYA-nın 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə jurnalistlər üçün təşkil olunan press-turun çərcivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında “1905.az” saytının təqdimatı keçirilib. E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb. Saytın işinə məsul, siyası elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev yeni elektron resursun fəaliyyət prinsipi ilə iştirakçıları tanış edib.
Məlumat üçün deyək ki, saytda “Ermənilərin gəlişi”, “Azərbaycanlıların soyqırımı”, “Erməni dövləti”, “Azərbaycanlıların departasiyası”, “Ermənistanın Azərbaycana təcavüzü”, “Atəşkəs davam edir ” və başqa bölümlərdə sənədlərin, xəritələrin, fotoların dili ilə məlumat verilir. Orijinal “Zaman şəridi”, “Məktəblilər üçün sözlük” və virtual “Qarabağ ensiklopediyası” da tezliklə “1905.az” saytında təşkil olunacaq.
AzNews.az