
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Çinin Çendu və Tianjin şəhərlərində keçirilən “İnkişaf etməkdə olan ölkələr üçün yaşıl enerji və dayanıqlı inkişaf üzrə standartlaşdırma” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi Çin və inkişaf etməkdə olan ölkələr arasında yaşıl enerji və dayanıqlı inkişaf sahəsində standartlaşdırma təcrübələrinin mübadiləsi və əməkdaşlığın təşviq edilməsindən ibarət olub.
Seminar çərçivəsində yaşıl enerji, bərpa olunan mənbələr, enerji səmərəliliyi və davamlı inkişaf sahələrində Çinin çoxillik təcrübəsi, həmçinin bu sahədə tətbiq edilən milli və beynəlxalq standartlaşdırma yanaşmaları barədə məlumat verilib. Həmçinin bərpa olunan enerji üzrə qabaqcıl standartlar, ağıllı şəbəkə texnologiyaları, karbon emissiyalarının azaldılması strategiyaları və yaşıl infrastrukturun inkişafı ilə bağlı müasir çağırışlardan bəhs olunub.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









