
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş müəllif konserti keçirilib.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat verilib.
Bildirilib ki, tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açaraq Cahangir Zülfüqarovun görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr verən Oqtay Zülfüqarovun davamçısı olduğunu qeyd edib. F. Əlizadə bəstəkarın müxtəlif janrlarda – simfonik, kamera-instrumental, vokal, eləcə də uşaq və teatr musiqisi sahəsindəki yaradıcılığını xüsusi vurğulayıb. Onun əsərləri müxtəlif konsert salonlarında səslənir və geniş dinləyici auditoriyası tərəfindən rəğbətlə qarşılanır. C.Zülfüqarov uzun illərdir Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür.
Firəngiz Əlizadə çıxışının sonunda yubilyarı təbrik edərək ona yubiley ünvanını təqdim edib.
Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynovanın aparıcılığı ilə davan edən tədbirdə Xalq artisti Məbud Məhərrəmovun “Bəstəkar Cahangir Zülfüqarovun yaradıcılıq uğurları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyevanın “Bəstəkar Cahangir Zülfüqarovun yaradıcılıq portreti” adlı məruzələri dinlənilib.
Xalq artisti Məbud Məhərrəmov bəstəkara beynəlxalq müsabiqə laureatı kimi qazandığı diplomu da təqdim edib.
Tədbirdə Zülfüqarovlar nəsil şəcərəsinin musiqi davamını balaca musiqiçilər nümayiş etdiriblər.
Sonda bəstəkarın əsərləri səslənib.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









