Manuk Abeqyan, tanınmış ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik: “…erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib… Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”. («Исmopия apмянcкoй лиmepamypы», Epeвan, 1975).
Aykazyan, tanınmış tarixçi: “İlkin erməni sülaləsi tarixi şəxsiyyətlərdən yox, uydurulmuş nağıllardan götürülən şəxslərdən ibarətdir. Movses Xorenasinin özü beşinci yüzilliyin tarixçisi deyil, o, yeddinci yüzillikdə yaşayan saxtakar- tarixçidir.”. «Apмянская история», Париж, 1919).
Qaraqaşyan: “Ermənilərin keçmişi haqqında tarix və ya rəvayət kimi qəbul edilə biləcək heç bir məlumat yoxdur. Onlar xristianlığı qəbul etdikdən sonra Ayk və Nuhla qohumluğu uydurmuşlar. Belə qəbul olunub ki, o, Yafəsin nəvəsi, Nuhun oğlu olan Torqomun nəslindəndir. Çünki əski tarixçilərdən bir neçəsi Yəhudi salnamələrində xatırlanan Torqom adını Ermənstanın bir hissəsi, ailə, nəsil, Torqom milləti kimi göstərmişlər. Bu haqda ilk dəfə Xoren Movses yazmışdır”. «История восточного вопроса», Лондон, 1905).
Basmacyan: “Ermənistanın və ermənilərin tarixi və yaranışı çox qararnlıqdı. Bu ərazi ta qədim zamanlardan Pamir düzənliyindən gələnlər, İndikuş emiqrantları tərəfindən tutulmuşdur. Ermənilərin romalılar, yunanlar, iranlılar və bütün millətlər kimi mifik qəhrəmanları mövcuddur. Milli tarixçilər təfsilatı, aşkar mənbələrə malik olmadıqları üçün onların yerini nağıllardakı personajlar tutmuşdur’’. («Новая история армян», Пapuж, 1917).
N.Pastermacyan, erməni tarixçisi: “Erməni tarixi Haykın və onun xalqının Ermənistana gəlib çıxmasını e.ə. 2200-cü ilə aid edir və onların e.ə. 800-ci ilə qədər bir-birini əvəzləmiş dini rəhbərlərinin və çarlarının siyahısını göstərir. Müasir elm bu uydurmanı təsdiq etmir. Xalqlar fərdlərdən fərqli olaraq öz yaşlarını artırmağı sevirlər…”.
Qevork Aslan: “Biz qəbul etməliyik ki, Movses Xorenasi öz hekayələrini Suriya nağıllarından götürmüş, yaxud Ermənistanda dolaşan hüruflərdən eşitmiş və onları ustalıqla öz əsərlərində göstərmişdr. Özü Suriya və İranın tarixi mənbələrindən istifadə etmişdir. O, Yasenxen yəhudilərinin döyüşlərindən parçaları, Eyzeben kilsəsinin tarixini Malalesdən götürmüş və özününküləşdirmişdir”. (Г.Aслaн «Исторический Этюд о население Армении», Париж., 1909).
B.İşxanyan: “Ermənilərin əsl vətəni – “Böyük Ermənistan” elə “Kiçik Asiya”dır“. (Б. Ишханян, «Hаpodнocmu Kaвказa», 1916).
B.İşxanyan: “Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəsli – yerli əhalidir, o biri hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır, onlar üçün Azərbaycan torpağı təqib və zülmlərdən sığınacaq yeri olmuşdur”. (Б.Ишханян,«Hapodнocmu Kaвказa», 1916).
Materiallar Kamran İmanovun “Армянские ина(о)родные сказки”, Bakı–2008 və İsrafil Abbaslının “Азербайджанские истины в армянских источниках”, Bakı, 2008 kitablarından götürülmüşdür.
06.08.2016