
Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının yekunundan sonra turnirin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, qrupu 9 xalla tamamlayan Ukrayna seçməsi kubok və qızıl medallarla təltif edilib. 8 xal toplayan İsrailə gümüş, aktivində 7 xal olan Azərbaycan yığmasına isə bürünc mükafatlar təqdim olunub.
Qeyd edək ki, millimiz C qrupunda Belçikaya 3, Niderlanda 1 cavabsız qolla qalib gəlib, İsraillə qolsuz heç-heçə edib, Ukraynaya 1:3 hesabı ilə uduzub.