
NATO-nun ölkəmizdə təşkil olunan “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.
Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.
Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









