Bakıda MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət və təhlükəsizlik orqanları bölmələrinin nümayəndələrinin VII regional ekspertlər görüşü və MDB Dövlətləri Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın genişləndirilmiş plenar iclası keçirilir.
APA-nın məlumatına görə, görüşdə MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edir.
İlk dəfə bu görüşə BMT Təhlükəsizlik Şurası yanında İŞİD, “Əl-Qaidə” və Taliban terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri dəvət olunub.
Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin tədbir iştirakçılarına salamlarını çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.
MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin direktor müavini Marat Abdıyev 7-ci konsultasiyanın təşkilinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkür edib. O bildirib ki, bu iclas hər il keçirilir və bu il əsas müzakirə olunacaq mövzu beynəlxalq ekstremist təşkilatlar tərəfindən MDB vətəndaşlarına qarşı həyata keçirilən distant əməkdaşlığa cəlbetməyə qarşı mübarizədir.
Görüşdə distant əməkdaşlığa cəlbetmənin tətbiqi texnologiyaları, distant əməkdaşlığa cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri kimi məsələlər müzakirə ediləcək.
https://apa.az/xarici_siyaset/bakida-mdb-olkelerinin-huquq-muhafize-ve-xususi-xidmet-orqanlarinin-iclasi-kecirilir-4392.html

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









