
İyulun 25-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, Sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edirlər.
Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına müraciətini oxuyub.
Sammitdə ötən ilin noyabrında təsis olunmuş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin beynəlxalq təşkilata çevrilməsi məsələsi müzakirə ediləcək. Bu məsələdə müvafiq razılıq əldə olunarsa, Şəbəkənin Təşkilata çevrilməsi, eləcə də yaranacaq qurumun loqosunun və bayrağının təsdiqlənməsi barədə qərarın qəbul edilməsi gözlənilir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









