
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası davam edir.
AZƏRTAC xəbər verir ki, Gənc Ailə Forumunun açılış mərasiminə həsr olunmuş tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.