
Bu gün Bakı Konqres Mərkəzində Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Sonra tədbirdə BTİ-nin Baş katibi xanım Dorin Boqdan-Martin və qurumun Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava çıxış ediblər.
Konfransda Azərbaycanda telekommunikasiyanın inkişafı tarixinə həsr edilmiş videoçarx nümayiş olunub.
Qeyd edək ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədilə BTİ tərəfindən 4 ildən bir keçirilir.
“WTDC”yə MDB regionunda ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir. Bu da öz növbəsində regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada ölkəmizin rolunu daha da möhkəmləndirəcək və respublikamızın beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək. Tədbir noyabrın 28-dək davam edəcək.
“WTDC-25” kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, informasiya və kommunikasiya texnologiyaları tətbiqləri, innovasiya, İKT üzrə statistika və indikatorlar, İKT-nin tənzimlənməsi və digər bu kimi sahələr üzrə inkişafa dair mövzuları, layihələri və proqramları nəzərdən keçirmək üçün nadir imkan yaradır.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









