Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib.
AZƏRTAC bəyanatı təqdim edir:
-1918-ci ilin mart ayından başlayaraq iki ay ərzində erməni daşnakları tərəfindən Azərbaycanın fərqli bölgələrində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi, mədəni abidələr, məscidlər dağıdılıb. Təəssüf ki, onların bu qeyri-insani əməllərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib. Bunun nəticəsidir ki, illər sonra Xocalıda və digər yerlərdə bənzər cinayətlər yenidən törədilib.
Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən bu cür qətliamlara dünya ictimaiyyətinin diqqətini çəkmək məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Ggünü elan edilib.
Beynəlxalq Türk Akademiyası olaraq, 31 Mart soyqırımı qurbanlarına ehtiramla anır, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, belə qeyri-insani əməllərin bir daha törədilməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyini bu hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









