1914-cü il yer kürəsində yaşayan milyonlarla insanların həyatında dramatik hadisələrlə zəngin dönüş ili oldu, bəşəriyyət tarixində öz miqyası və qurbanlarına görə misli görünməmiş Birinci Dünya müharibəsi başlandı. Osmanlı dövlətinin də qatıldığı bu savaşda əsas döyüş cəbhələrindən biri də Qafqaz cəbhəsi idi. Bu cəbhədə hərbi əməliyyatların başlanması Rusiya hakim dövrələrinin, ələlxüsus Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun Cənubi Qafqazda onlara ən sadiq olan ermənilərə rəğbətini xeyli artırdı. Onu da qeyd etmək lazımdır ki, hələ XIX əsrin sonu- XX əsrin əvvəllərində Rusiya hakim dairələri Şərqi Anadoluda yerləşən və onların “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin vəziyyəti ciddi müzakirə predmeti olmuşdur. Rusiyanın təşəbbüsü ilə İngiltərə, Almaniya və Fransanın iştirakı ilə həmin ərazidə 6 vilayətdən ibarət olan Erməni quberniyasının yaradılması barədə müşavirələr keçirilmişdir. Həmin quberniyanın başında böyük dövlətlərin razılığı ilə soltan tərəfindən təyin olunmuş general-qubernator durmalı idi. Quberniyanın idarəçilik orqanlarına, polis və jandarmeriyaya həm müsəlmanlardan, həm də qeyri-müsəlmanlardan nümayəndələr seçilməli idi. Rusların tərtib etdiyi bu layihə Almaniyanın ciddi tənqidinə məruz qaldı, almanlar ermənilərin hüquqlarını məhdudlaşdıran öz layihələrini təqdim etdilər. Nəticədə kompromis variantı qəbul olundu və “Qərbi Ermənistanda islahatlar aktı” 1914-cü ilin 8 fevralında böyük dövlətlər tərəfindən imzalandı. (1) Həmin razılığa görə, “Qərbi Ermənistan” iki hissəyə bölünürdü və onlardan hər birinə Qərb ölkələrinin razılığı ilə Osmanlı soltanının təyin etdiyi inspektor rəhbərlik edirdi. Lakin müharibənin başlanması bütün layihələri qerçəkləşməsini qeyri-mümkün etdi. Lakin ermənilər öz niyyətlərindən əl çəkmədilər və müharibənin ilk günlərindən katalikos Gevork V Qafqaz canişininə müraciət edərək Rusiyanın ermənilərlə bağlı planlarının həyata keçirilməsi barədə xahiş etdi. Eyni zamanda ermənilərin kütləvi silahlanması baş verirdi, bu işdə isə canişinin xüsusi xidmətləri var idi. Belə ki, 1814-cü ilin avqust ayında Vorontsov-Daşkov hərbi nazir Suxomlinova yazdığı məktubda ermənilərin silahlandırılması üçün Qafqaz cəbhəsinə 25 min tüfəng və 12 mln.patron göndərilməsini xahiş etmişdir. (2) Lakin canişinin təklifl əri Peterburqun yüksək dairələrində bəyənilməmişdir. Bəzi nazirlər bu silahlanmanın başında “Daşnaksutyun” partiyasının dayanmasından narahat idilər, çünki hərbi əməliyyatlar gedişində bu partiya rəhbərlərinin rusların əmrinə tabe olmaması təhlükəsi var idi.
Türkiyə ilə hərbi əməliyyatlar başlayan kimi, Rusiyanın xarici işlər naziri Sazonov Qafqaz canişininə “hərbi dəstələr yaratmaq üçün ermənilərdən, kürdlərdən və aysorlardan etibarlı adamları seçmək” təklifi etdi. (3) 1914-cı ilin sentyabrında, müharibə başlanan kimi II Nikolayın erməni xalqına bəyannaməsi elan edildi. Bu bəyannamədə ermənilərin bir əsr boyunca rus hakimiyyətinə sədaqətlə xidmət etdiyini vurğulayan çar, həmçinin həbs olunmuş və sürgün edilmiş daşnaklara faktiki olaraq amnistiya elan etdi. (4) 1914-cü ilin noyabrında II Nikolay erməni katalikosu ilə Tifl isdə gizli görüş keçirdi və katalikos çara Türkiyə ərazisində ermənilər üçün muxtariyyət verilməsi barədə xahişini çatdırdı. Çar “ermənilərin işıqlı gələcəyinə inandığını və onların Bolqarıstanın yolu ilə getməyəcəyinə ümidvar olduğunu” bildirdi. (5) Burada Bolqarıstanın Rusiyaya xəyanət edərək Dördlər İttifaqına qoşulması nəzərdə tutulurdu. Buna baxmayaraq, gələcəkdə “erməni dövlətinin” yaranmasına dair heç bir rəsmi bəyanat verilməmişdi.
Məlum olduğu kimi, hələ 1909-cu ildə bütün Rusiya və ələlxüsus Cənubi Qafqaz ərazisində kütləvi terrorla məşqul olan daşnak təşkilatlarına qarşı hökumət tərəfindən repressiyalar başlanmışdı. 1912-ci ildə isə Sankt-Peterburqda keçirilən məhkəmənin qərarı ilə mindən çox daşnak müxtəlif həbs cəzasına və sürgünə məhkum olunmuşdu. II Nikolayın bəyannaməsindən sonra isə Türkiyə ermənilərinə gizli müraciət hazırlandı. Müraciətdə Eçmiədzində təşkil olunan erməni drujinaları Türkiyə ərazilərinə girəcəkləri təqdirdə onlara altı erməni vilayətində və onlarla sıx bağlı olan Kilikiyada Rusiyanın himayəsi altında muxtar Ermənistan yaratmağa təminat verilirdi. (6)
O zaman artıq əsasən daşnak hərbi birləşmələrindən ibarət olan könüllü drujinaların təşkili barədə məsələ həll olunmuşdu. Diqqəti cəlb edən odur ki, könüllü birləşmələr hələ Osmanlı dövlətinin müharibəyə daxil olmasından əvvəl başlanmışdı, baxmayaraq ki, 1914-cü ili əvvəllərində Ərzurumda keçirilmiş Daşnaksutyunun VIII qurultayında könüllü birləşmələrin əleyhinə qərar qəbul olunmuşdu. (7) Eyni zamanda Qafqaz canişini I.I.Vorontsov-Daşkov Tiflis şəhər başçısı A.İ.Xatisova və erməni yepiskopu Mesropa ermənilərin maddi yardımı ilə könüllü drujinaların formalaşması barədə təklif irəli sürdü. Həmin drujinalar rus ordusuna dəstək göstərməli və hərbi əməliyyatlarda döyüş-sursatla ruslar tərəfindən maliyələşdiriləcəkdilər. “Daşnaksutyun” partiyası səfərbərlik elan edərək dunyanın bütün yerlərindən erməniləri hərbi drujinalar formalaşdırmağa çağırdı. Bu məqsədlə Tifl isə dünyanın hər yerindən ermənilər gəlməyə başladı, onların içərisində məşhur terroristlər və “generallar” Xeço (H.Əmirov), Dro (D.Kanayan), Andranik (Ozanyan), S.Tadevosyan və başqaları var idi. (8) Bu işdə həmçinin A.Gülxandanyanın rəhbərlik etdiyi “Daşnaksutyun” partiyasının Bakı komitəsi mühüm rol oynayırdı. (9) Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlarda iştirak edən və türk əhalisini məhv edən birinci erməni drujinasına Andranik, ikinci drujinaya Dro, üçüncüsünə S.Hamazasp, dördüncü dəstəyə isə Keri (Arşak Qafavyan) komandanlıq edirdi. Sonralar bu quldur dəstələrin başçılarının çoxu Bakı, Şamaxı, Quba, Zəngəzur və Garabağda dinc müsəlman əhalisinə qarşı
qətliamlar törətməklə “tanındılar”. Erməni qaçqınlarının Qafqaza gəlib yerləşdirilməsi üçün canişinin razılığı ilə Tifl is ruhani seminariyasının rektoru Xuxuntsun rəhbərliyi ilə “Müharibədən zərər çəkmişlər üçün mərkəz” yaradıldı.(10)
Rusiya yalnız Güney Qafqazda yaşayan ermənilərin deyil, Osmanlı vətəndaşları olan erməniləri də silahla təmin edirdi. Qafqaz canişini İ.Vorontsov-Daşkov 1915-ci ilin fevralında Xarici İşlər Nazirliyinə göndərdiyi gizli teleqramda Qafqaz ordusunun qərargahına Zeytun erməniləri nümayəndələrinin gəlməsi və 15 minə yaxın erməninin Türkiyəyə hücum etməyə hazır olması barədə məlumat vermişdi. Onları silahlandırmaq üçün canişin zəruri həcmdə tüfəng və patronun çatdırılmasını məqsədəuyğun saymışdır. (11)
Qars vilayətinin Kaqızman hərbi dairəsinin rəisi 1914-cü ilin avqustunda Qafqaz cəbhəsi komandanlığını Türkiyə erməniləri arasında gizli təşkilatların olması barədə məlumatdırırdı. Osmanlı İmperiyasının Rusiya ilə müharibə edəcəyi təqdirdə bu təşkilatlar cəbhə xəttinin arxasında türklərə qarşı hərəkətə keçmək üçün xüsusi hərbi drujinalar yaradacaqlar. Əgər bu mümkün olmazsa, onda bu drujinalar Rusiyaya keçib rus ordusu ilə birgə türklərə qarşı döyüşəcəkdir. (12)
1915-ci ilin 14-19 fevralında Tifl isdə daşnakların növbəti IX qurultayı keçirildi. Qurultayda bütün erməni drujinalarını vahid orduda birləşdirmək və onların təminatı üçün ianələrin artırılması haqqında qərar qəbul olundu. Könüllü drujinalar barədə məruzə edən Andranik ermənilərin Sarıqamış əməliyyatında ruslara yardım etməsinə baxmayaraq erməni məsələsinin həllində Rusiya hakimiyyətinin heç bir addım atmadığını nəzərə çatdırdı və bu məsələnin həll olunmaması təqdirdə hərbi birləşmələri rusların əleyhinə də yönəltməyin mümkünlüyünə işarə etdi. (13) Martın əvvəllərində isə Eçmiadzində yepiskop Vartazoryanın başçılığı ilə keçirilən erməni milli xadimlərinin (“Qardaşlıq yardımı Komitəsi”nin) qurultayında Osmanlı dövlətindən qaçan bütün ermənilərə Rusiya vətəndaşlığının verilməsi barədə vəsatət qaldırmaq və Antanta ölkələrinə Türkiyə və Rusiya ərazisində Erməni dövləti yaratmaq haqqında müraciət qəbul olunmuşdur. (14)
Məlum olduğu kimi, Sarıqamış əməliyyatında Türkiyə döyüşlərdə iştirak etmiş qüvvələrinin yarısından çoxunu itirmişdi və bu döyüşdən sonra Qafqaz cəbhəsində həlledici dönüş başlandı. (15) 1915-ci ilin yazında erməni silahlı dəstələrinin kömək göstərdiyi rus qoşunları Şərqi Anadolunun ermənilər yaşadığı ərazisinə soxuldular. Eyni zamanda daşnaklar yerli ermənilərin
türklərə qarşı üsyan qaldırmalarına nail oldular. Rus ordusunun tərkibində fəaliyyət göstərən erməni hərbi birləşmələrinin 1915-ci ilin yazında Qars, Ərdəhan, Ərzurum, Trabzon və Ərzincanda törətdikləri vəhşiliklər daha qanlı xarakter aldı. Ən çox qətliamlar Qarsda azərbaycanlı və türk əhalisinə qarşı törədildi. “İqbal” qəzeti yazdığı kimi, “Osmanlı sərhəddində hərb meydanı təşkil edən müsəlmanları olmazın bəlayə düçar olmuşlardır: kişilər doğranmış, arvadlar qaçırılmış, uşaqlar dağlara, meşələrə pərakəndə olmuş, vilayət bir xarabazara dönmüşdür…” (16)
Qars qırğınları Azərbaycanda böyük əks-səda doğurmuşdu. 1915-ci ilin fevral ayının əvvəllərində Azərbaycanın görkəmli ictimai xadimi, III Dumanın deputatı olmuş Xəlil bəy Xasməmmədov bu hadisələrlə bağlı şəhər ictimaiyyətinin toplantısını keçirdi. O, Qarsda baş vermiş faciə ilə əlaqədar yüzlərlə yetim qalan uşağlar və dul qalan qadınlar üçün şəhər sakinlərindən ianə toplamaqla bu bədbəxt insanlara yardım etməyə çağırmışdır. Həmin toplantıda X.Xasməmmədovun çağırışı ilə yaradılmış Yardım Komitəsinə Gəncənin ən nüfuzlu insanları, tanınmış ziyalıları – Ə.Rəfibəyov, İ.Ziyadxanov, Ə.Xasməmmədov, A.Səfikürdski, H.İ.Şeyxzamanov və başqaları üzv seçildilər. (17)
Bu xəbərlər Bakıya gəlib çatandan sonra Ə.M.Topçubaşov başda olmağla Bakı, Gənсə və İгəvan qubеrniyalarından tаnınmış nümayəndələr Qаrsа yola düşdülər. (18) Səfərdə əsаs məqsəd bаş vermiş faciə haqqında məlumatlar toplayıb onu hakimiyyət orqanının diqqətinə çatdırmaq idi. Nümаyəndə heуəti еrmənilər tərəfindən qətl edilmiş tatar (Azərbaусan) ailələrinə yаrdım toplаmаq üçün hakimiyyət orqаnlаrından iсаzə almаlı idi. Onlar Qаfqaz Сəbhəsi komаndаnının müavini general A.Z.Мışlаyеvski ilə görüşüb baş vеrmiş hаdisənin miqyаsını onun diqqətinə çatdırdılar və tədbir görülməsini xahiş etdilər. Genеrаl təkəbbürlə ermənilər hаqqındа tədbir görüləсəyinə söz vеrdi. (19) Dinc əhaliyə qarşı törədilən bu vəhşiliklər barədə Rusiya dövlət Duması tribunasından azərbaycanlı deputat Məmməd Yusif Cəfərov etiraz bəyanatı ilə Müsəlman fraksiyası adından çıxış etdi. (20)
Bütün bu hadisələr 1915-ci ilin aprelindən, yəni uydurulmuş “erməni soyqırımı”ndan xeyli əvvəl baş vermişdi.
1915-ci ilin aprelində erməni drujinaları ən qanlı cinayətləri Vanda törətdilər. Van rus ordusu tərəfindən işğal olunduqdan sonra yerli erməni əhalisi ruslardan silah alaraq, müsəlman əhalisinə hücümlara başladı. Daşnak liderləri silahlı qoşunlarla türk kəndlərinə hücum edərək, dinc əhalini qırmağa başladı. Buna cavab olaraq Türkiyə hökuməti ötən il ermənilərin qondarma soyqırımı günü kimi qeyd etdikləri 24 aprel günü 2345 erməni liderini həbs etdirdi. 1915-ci ilin 27 mayında isə Osmanlı dövləti “Köç” qərarı çıxartdı və ermənilərin kütləvi surətdə köçürülməsini əmr etdi. (21)
Bu deportasiyanın gedişində xeyli miqdarda dinc əhali zərər çəkdi. Eyni zamanda general Lyaxovun rus dəstələri Batuma girərək türklərə kömək göstərdiyinə görə acar əhalisinin 90%-ni qətlə yetirdı. (22)
Hələ 1914-cü ildə türklər bu əraziləri ələ keçirəndə, acarlar onlara yardım göstərməklə yanaşı osmanlı ordusuna da könüllü surətdə qatıldılar. 1915-сi ilin уazında rus ordusu Acarıstana girib qisas almaq məqsədilə erməni hərbi drujinaları ilə birlikdə dinс müsəlman əhalisini kütləvi şəkildə gülləbaran etdi. Bu hаdisə müsəlman əhаlisi içərisində ciddi əks-sədа doğurdu, Dumanın
Müsəlmаn fraksiyаsının bəyаnatında da hökumətdən tədbir görməyi tələb olundu. (23) Rusiya hаkim dаirələri isə məsələnin həllini Qafqaz canişini Vorontsov-Daşkovun vəzifəsindən kənarlaşmasında və onun yerinə böyük knyаz Nikolay Nikolayeviç Rоmаnovun gətirilməsində gördü.
Bu qanlı hadisələri araşdırmaq üçün yenə də Əlimərdan bəy Topçubaşov Тifl is, Kutаisi və Bаtumа yola düşdü və külli miqdarda sənəd tоplаdı. Onun Qafqaz canişininə yazdığı ətraflı məruzədə deyilirdi ki, erməni qoşunlarının çuğulluğu ilə minlərlə acar müsəlmanları dövlətə xəyanət ittihamı ilə həbsхanalara аtılmış, yüzlərlə kənd dağıdılmış, minlərlə insan evlərindən qovulmuşdur. Bu məruzədə göstərilən faktlar o qədər dəhşətli idi ki, canişin bu faktları araşdırmaq üçün xüsusi komissiyanın yaradılması haqqında qərar qəbul etməli
oldu. (24)
Yoxlamalar rus ordusunun, ələlxüsus kazakların ermənilərin köməkliyi ilə acarlara qarşı törətdikləri vəhşilikləri təsdiqlədi, lakin cinayətkarlar heç bir cəzaya məhkum olunmadı.
1915-ci ilin hadisələrindən sonra ermənilərin əsas fəaliyyəti bütün dünyaya qondarma soyqırımı haqqında məlumat yaymaq və böyük dövlətlərin köməyi ilə Osmanlı dövlətini Şərqi Anadoluda erməni dövləti yaratmağa məcbur etməkdən ibarət olmuşdur.
Bu istiqamətdə Osmanlı imperiyasında keçmiş nazir olmuş, müharibə vaxtı isə erməni katalikosunun Parisdə nümayyəndəsi olan Poqos Nubar paşa ən çox fəaliyyət göstərmişdir. (25) O, Fransa və Böyük Britaniya xarici işlər nazirlərini türklər tərəfindən ermənilərin başına gətirdikləri zülmdən və vəhşiliklərdən danışaraq, onları “soyqırım” faktına inandırmağa çalışırdı. Həmin işi Qafqazda daşnaklar görürdülər, Bakı daşnaklarının “Arev” adlı qəzeti ermənilərin qətlə yetirilməsi, tarixi abidələrinin dağıdılması, kütləvi şəkildə köçürülməsi barədə inanılmaz rəqəmlər gətirərək, şəkillər dərc edirdi. (26) Lakin bu onlara kömək etmədi, Qafqaz administrasiyası artıq daşnakların əməlləri ilə yaxşı tanış idi və canişin öz cavabında ermənilərə muxtariyyət verilməsinin mümkün olmadığını bəyan etdi. Bunun səbəbi kimi erməni cəmiyyətinə daşnaklar kimi inqilabi təşkilatların rəhbərlik etməsi və onların hər bir zaman silahlarını Rusiyaya qarşı çevirməsi təhlükəsinin olması gətirildi. Bu cavab Rusiyanın rəsmi mövqeyi kimi İngiltərə və Fransa hökumətlərinə çatdırıldı. (27) Fransanın baş naziri A.Brian Poqos Nubar paşa ilə görüşdə erməni xalqının yalnız “Daşnasityun” kimi inqilabi təşkilatların olmasına öz mənfi münasibətini bildirdi və belə təşkilatın arxasında gedən xalqın hansısa dövlət və ya muxtariyyət yaradılmasını böyük dövlətlər tərəfindən qəbul oluna bilməyəcəyini səsləndirdi. Bu cavablardan təşvişə düşən Poqos Nubar paşa təcili olaraq liberal yönümlü “Mşak” qəzetinin baş redaktoru A.Arakelyana məktub yazır və ondan erməni ziyalılarını Tifl isdə bir yerə yığıb, qeyri-ingilabi, liberal təşkilat yaranmağı tələb edir. 1917-ci ilin yanvarında Tifl isdə Arakelyan erməni ziyalıları və ictimai xadimlərinin yığıncağını təşkil edir, həmin yığıncaq iştirakçıları daşnakların erməni xalqını fəlakətə aparan avantürist siyasətini lənətləyərək, erməniləri “demokratiya və təkamül tərəfdarları” kimi qələmə verir. Yığıncaqda yeni liberal yönümlü “Milli Xalq partiyası”nın yaradılması barədə bəyanət səsləndirilir, onun proqramına mədəni-maarif tədbirləri və eyni zamanda Türkiyə ərazisində erməni muxtariyyətinin yaradılması bəndləri daxil edilir. (28)
Sonrakı hadisələr bu planların reallaşmasına yeni təkan verdi. Rusiyada baş vermiş fevral ingilabı ermənilərin ərazi iddialarını ön plana çəkdi. Onlar artıq iki erməni dövləti haqqında düşünməyə başladılar, biri Türkiyənin cənub-şərq vilayətlərində – Qərbi Ermənistan, digəri Cənub və Cənub-Qərbi Qafqazda Şərqi Ermənistan dövləti olmalı idi. (29) Bu məqsədlə Tifl isdə
1917-ci ilin oktyabrında çağırılmış Erməni Milli konqresi bütün ermənilərin adından rus qoşunlarının Qafqaz cəbhəsində zəbt etdiyi türk ərazilərinin Rusiyanın tərkibinə qatılmasını tələb etdi. Bu konqresin keçirilməsi faktiki olaraq erməni hərbi birləşmələrinin Cənub-Qərbi Qafqaza kütləvi hücumunun hazırlanması idi. Məlum olduğu kimi, müharibə zamanı və 1918-ci ilin yazına qədər Qars vilayəti və Naxçıvan rus qoşunlarının arxa cəbhəsinə daxil idi. Erməni könüllü dəstələri bundan istifadə edərək, “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün rus ordusunu bir vasitə kimi görürdülər. Lakin 1917-ci ilin oktyabr çevrilişindən sonra cəbhədə qeyri-müəyyən vəziyyət yarandı. Qafqaz cəbhəsi ordusunun komandanı general M.A.Prjevalski bolşeviklərin və eserlərin təbliğatı ilə demoralizə olunmuş əsgərləri idarə edə bilmirdi.Vəziyətdən istifadə edən türk ordusunun Qafqaz cəbhəsində komandanı Vehib paşa Prjevalskiyə barışıq təklif etdi və 1917-ci ilin 5 dekabrında Ərzincanda barışıq imzalandı. (30) Lakin imzalanma zamanı belə bir fakt ortalığa çıxdı ki, ruslar tərəfindən barışığı Zaqafqaziya komissariatı imzalayır, bu isə türklər üçün gözlənilməz hadisə oldu. Onlar bu barədə müdafiə naziri Ənvər paşaya məlumat verən kimi, o “ədalətli sülhün” bərpa olunmasına göstəriş verdi.
(31) Zaqafqaziya komissariatı bu təklif barədə fikirləşmək üçün üç həftə vaxt istədi və müttəfiqləri ilə müzakirəyə başladı. Fürsətdən istifadə edərək, rus ordusunun tərkibində olan erməni birləşmələri Qars vilayətində yerli müsəlman əhalisinin məhv edilməsinə yönəlmiş geniş miqyaslı əməliyyata başladılar. Bu zaman müsəlmanlar üçün daha dəhşətli bir hadisə baş verdi, rus ordusu geri çəkilərkən öz yerinə erməni və gürcü hərbi hissələri saxlamağa qərar verdi. Qafqaz cəbhəsi komandanının əmrinə əsasən 1917-ci ilin 26 dekabrında 2 erməni piyada diviziyasından ibarət Erməni korpusu formalaşdırıldı. (32) Çar ordusunun generalı F.İ.Nazarbekovun komandanlıq etdiyi bu korpusun tərkibində Andranikin komandanlığı altında erməni könüllü diviziyası da var idi. Erməni korpusuna həm keçmiş çar ordusu, həm də sovetlər tərəfindən silah-sursatla hərtərəfl i yardım edilirdi. Sonuncular S.Şaumyanın bilavasitə iştirakı və təbliğatı ilə ermənilərə Ərzurum və Qarsın saxlanmasında böyük ümid bəsləyirdilər. Bu təbliğatın nəticəsi olaraq, 1917-ci ilin 31 dekabrında Sovnarkom Stalinin tərtib etdiyi və Leninin imzaladığı misli görünməmiş “Türkiyə Ermənistanı” haqqında dekret çıxardı. (33)
Dekretə uyğun olaraq rus ordusunun zəbt etdiyi Türkiyə ərazisində ermənilərə öz müqətdaratını təyin etmə hüququ verilirdi, təhlükəsizliyi təmin etmək üçün onlar milis dəstələri formalaşdırmalı və qondarma soyqırım nəticəsində buradan köçmüş ermənilər öz yerlərinə qayıtmalı idilər. (34)
Bu arada erməni hərbi birləşmələri Ərzincanın yaxınlığında yerləşən üç kəndi darmadağın etdilər, bu kəndlərin sakinləri kazarmalara göndərilərək güllələndilər. Ərzincan əhalisinin çoxu, əsasən qocalar və uşaqlar Kilis meydanında diri-diri yandırıldı. (35) Bu hadisələrdən dərhal sonra Vehib paşa rus ordusunun nümayyəndələrinə öz qəti etirazını bildirdi, lakin bir nəticənin olmadığını görüb, türk goşunlarının hücuma kecməsinə əmr verdi. Türk ordusunun iki Qafqaz diviziyası fevralın 12-də hücuma keçərək, ayın sonunadək Ərzincanı, Bayburtu, Trabzonu və Ərzurumu ələ keçirdi. (36)
Həmin dövrdə artıq müharibəyə nəyin bahasına olursa olsun son qoymaq qərarına gələn bolşeviklər Brest-Litovskda Almaniya və Osmanlı dövlətinin nümayəndələri ilə sülh danışıqlarına başladılar. Sovet nümayəndə heyəti Türkiyəyə Ərdağan, Qars və Batum vilayətlərinin təhvil verilməsinə razılıq verdi. (37) Lakin Zaqafqaziya Seymi bununla razılaşmayaraq, Brest-Litovsk müqaviləsini tanımadığını bəyan etdi və bundan dərhal sonra, 1918-ci ilin martın əvvəllərində Türkiyə ilə Zaqafqaziya Seymi arasında Trabzon danışıqları başlandı. Sonrakı hadisələr məlumdur, erməni və gürcü nümayəndələri Ərdağan, Qars və Batumu geri qaytarmağı, “Türkiyə Ermənistanı”nının muxtariyyət şəklində təsdiq edilməsini tələb edirdilər. Təbii ki, Osmanlı dövləti bunula razılaşa bilməzdi və bu dəfə Zaqseymlə hərbi münaqişə baş verdi. Eyni zamanda martın 31-də Bakıda erməni daşnakları və bolşeviklər S.Şaumyanın rəhbərliyi ilə 12 mindən çox qətlə yetirilən dinc azərbaycanlı əhalisinə qarşı soyqırım törətdilər. Türk qoşunlarının sürətlə Cənubi Qafqaz ərazisinə irəliləməsi və Batumu tutması Zaqseymi türklərin şərtlərini qəbul etməyə məcbur etdi və Qars, Ərdağan və Batumdan qeri çəkilməsi ilə nəticələndi. (38) Lakin general Nazarbekovun komandanlığı altında olan erməni hərbi birləşmələri bu vəziyyətdə də öz əməllərindən əl çəkməyib, Qarsdan çəkilən zaman dəhşətli qırğınlar törətdilər. Belə ki, Arpaçayın sağ sahilində Aleksandropol qalasının hərbi istehkamları partladılmış, Qarsda binalar yandırılmışdı. Zaqseymdə çıxış edən A.Kantemir geri çəkilən erməni qoşunlarının dinc müsəlman əhalisinə olmazın işgəncələr verdiyini, qadınların soyundurulmasını, süngüyə çəkilmiş uşaqlarının meyitlərinin onlara göstərilməsini və s. dəhşətləri öz çıxışında açığlamışdır. (39)
Yalnız türk qoşunlarının surətli irəliləməsi, Qarsı və Adrianopolu ələ keçirməsi Azərbaycan və türk əhalisini kütləvi qırğınlardan xilas etdi. Türklərin hücumu eyni zamanda Zaqseymin də parçalanmasına səbəb oldu və mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan respublikaları elan olundu.
Lakin erməni hərbi birləşmələri daşnaklar hakimiyyətə gələndən sonra Cənubi Qafqaz ərazisində bütün qonşu xalqları dəhşətli sınaqlara çəkərək, öz qanlı əməllərini davam etdirdilər.
İstifadə edilmiş ədəbiyyat
- Международные отношения в эпоху империализма. Документы из
архивов царского и временного правительств.1878-1917. Серия III:
1914-1917 годы.Т.6.Ч.1,с.182
- Арутюнян А.О. Кавказский фронт (1914-1917). Ереван, 1971, с.53
- Бахтурина А.Ю. Окраины Российской империи: государственное
управление и национальная политика в годы первой мировой войны
(1914-1917). М., РОССПЕН, 2004, с.214
- ARPİİSSA (Azərbaycan Respublikası Prezidenti yanında İşlər İdarəsinin
Siyasi Sənədlər Arxivi). F.276, Siy.8, İş 463, V.36
- Международные отношения в эпоху империализма. C.456
- ГАРФ (Государственный Архив Российской Федерации).
Ф.2100,Оп..1, д..558, л. 172
- ARPİİSSA. F.276, Siy.8, İş 458, v.5
- Yenə orada. F.276, Siy.8, İş 498, v.36
- Багирова И.С. Политические партии и организации Азербайджана
в начале ХХ века. Баку, Елм, 1997, c. 293
- Бахтурина А.Ю. Окраины Российской империи…, c.215
- ГАРФ. Ф.2100,Оп.1, д..558, л. 172
- Azadlıq qəz., 2015, 23 aprel
- ГАРФ. Ф.2100,Оп.1, д..558, л. 115
- Национальный вопрос во внутренней политике России (материалы
к исследованию).СПб, 1997, с.539
- I Dünya Savaşı’nda Kafkas Cephesinde: Sarıkamış Savaşı. Türk Tarix
Kurumu// http://www.ttk. gov. tr/ index.php
- İqbal qəz., 1915, 19 fevral
- Azadlıq qəz., 2015,. 23 Aprel
- ARPİİSSA.F.276, Siy.8, İş 463, V.23
- Yenə orada.
- Государственная дума: Стеногр.отчеты. 1915,СессияV, Стлб.84
- Cemal Anadol, Tarihin Işığında Ermeni Dosyası, İstanbul–1982. S.380
- Малевил Ж. Армянская трагедия 1915 года. Баку, 1990. S.46
- Yenə orada
- Həsənli C. Tarixi şəxsiyyətin tarixi. Əlimərdan bəy Topçubaşov.Bakı-
Azərbaycan Diplomatik Akademiyası, 2013.S.233
- ARPİİSSA.F.276, Siy.8, İş 530, V.1
- Yenə orada. V.5
- Yenə orada. İş 513, V.17
- Yenə orada. V.18
- Гаджиев А. Демократические республики Юго-Западного Кавказа
(Карсская и Араз-Тюркская республики). Баку, Нурлан, 2004. S.21
- Документы и материалы по внешней политике Закавказья и Грузии.
Тифлис, 1919. S.11-12,23
- Yenə orada. S.36-40
- Лудшувейт У.Ф. Турция в годы первой мировой войны.
М.,1966.S.160
- «Правда», 1917, 31 дек., N227
- ARDA (Azərbaycan Respublikası Dövlət Arxivi). F.2, siy.1, iş 24221,
v.1
- Yenə orada. F.894, siy.1, iş 39, v.11
- Karabekir K. İstiklal harbimiz. İstambul, 1969. S.3
- Мирные переговоры в Брест-Литовске. М.1920. S.19
- Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, Elm, 1998. S.65
- ARDA. F.970, siy.1, iş 1, v.28
İradə Bağırova
tarix üzrə elmlər doktoru
“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“31 mart – tariximizin faciəli səhifəsi”
Bakı – 2019