
Avqustun 29-da Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Rizvan Qara oğlu Hacıyev Kürdəmir rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Kürdəmirin Qocalı kəndində vida mərasimi keçirilib. Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, R.Hacıyev 1993-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Onun qalıqları Füzulinin Qacar kəndi yaxınlığında aşkarlanıb.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









