Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də Şamaxı Cümə məscidini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirdi.
Mehriban Əliyeva: Buraya xaricdən turistlər çox gəlir?
Mərhəmət Mustafayev: Çox gəlirlər, gündə təxminən 500 nəfər.
Mehriban Əliyeva: Hansı ölkələrdən?
Mərhəmət Mustafayev: Bütün Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan gələnlər var. Allah cənab Prezidentdən razı olsun.
Tarixin müxtəlif dövrlərində, təbii fəlakətlərə, repressiyalara və dağıntılara məruz qalmış Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev Fondun bu təşəbbüsünə dəstək olub, Azərbaycan – Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Prezident İlham Əliyev məscidin açılışında iştirak edib. Beləliklə, bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.
Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edən məscidin imamı Mərhəmət Mustafayev dedi:
-Sizi Azərbaycanın, Şamaxının bu qədim məscidində salamlamaqdan çox böyük şərəf duyuram. Allah sizlərdən razı olsun. Burada sizlərin çox böyük zəhməti var. Allah cənab Prezidentdən razı olsun. Allahın kitabını, İnşallah, Sizə hədiyyə edirəm. Allah Sizi hifz eləsin.
Mehriban Əliyeva: Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









