
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Suverenliyi Günü ilə bağlı paylaşılan fotonun üzərində bu sözlər yazılıb: “Əziz həmvətənlər, Dövlət Suverenliyi Günü münasibətilə sizi təbrik edirəm! Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!”.