Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Assambleyanın sessiyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak məlumat verib.
Bildirib ki, qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab olunur.
Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT ölkələrinin insanlara qarşı dini zəmində hücumları, habelə onların dini simvollarına, müqəddəs kitablarına, evlərinə, bizneslərinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş analoji hərəkətləri beynəlxalq hüquq normalarını pozaraq kəskin şəkildə pislədiyi ifadəsi yer alıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









