BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin baş katibi Pan Gi Munun iştirakçılara videomüraciəti nümayiş olunub.
APA-nın məlumatına görə, baş katib çıxışına tədbirin təşkili ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etməklə başlayıb.
P. G. Mun deyib ki, forumun ideyası – inklüziv cəmiyyətlərdə birgə yaşamaq mühüm ideyadır: “Çünki ksenofobiya, irqçilik ciddi problemdir. Hamı üçün layiqli həyat şəraiti təmin edilməlidir. Ona görə də, forumun ideyasına tam dəstək verirəm. Gələn ay İstanbulda humanitar böhranla bağlı tədbir keçiriləcək. Mən sizi o tədbirə də dəstək verməyə çağırıram. Bir çox xalqlar öz yerlərindən didərgin düşüb. Biz bütün münaqişələri yaradan səbəblərin aradan qaldırılmasına çalışmalıyıq. BMT Baş Assambleyası zorakılığın aradan qaldırılmasında qətiyyətlidir”.
Baş katib etimad və anlaşmanı bütün dünyada artırmağın zəruri olduğunu vurğulayıb: “Jurnalistləri də bu işə qoşmalıyıq”.