
Noyabrın 24-də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “Art Council Azerbaijan” təşkilatı ilə əməkdaşlığı çərçivəsində BMT-nin Baş Qərargahında “Azərbaycan xalçalarının ikinci həyatı” adlı sərginin açılışı olub. Daimi Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycanda 2025-ci ilin Suverenlik və Konstitusiya İli elan olunması münasibəti ilə keçirilib və ölkənin ən məşhur mədəni ənənələrindən birinə həsr olunub.
“İkinci həyat” təşəbbüsü rəssamlar Sona Quliyeva və Dadaş Məmmədov tərəfindən irəli sürülüb. Layihə çərçivəsində ənənəvi və müasir sənətkarlıq texnikalarının birləşməsi vasitəsilə qədim və köhnəlmiş Azərbaycan xalçaları yenidən canlandırılır. Atıla biləcək parçaları bərpa etmək və yenidən görünüş verməklə layihə mədəni irsin davamlı aktuallığını vurğulayır və məsuliyyətli istehlakın əhəmiyyətini əks etdirir.
Açılış mərasimində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi Tofiq Musayev diplomatları, BMT rəsmilərini və qonaqları salamlayıb. O, Azərbaycanda xalçaçılığın dərin tarixi əhəmiyyətini vurğulayıb, mədəni irsin canlandırılması da daxil olmaqla, davamlı inkişaf üçün əsas dəyərləri qeyd edib.
Açılış mərasimindəki qonaqlar həmçinin, rəssam Sona Quliyevanın çıxışını dinləyiblər. O, yaradıcılıq prosesi və köhnə xalçalara yeni həyat verməklə bağlı fikirlərini bölüşüb. Sərgi noyabrın 28-nə kimi BMT-nin Baş Qərargahında nümayiş olunacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








