Son beş əsrdə bilavasitə Rusiyanın himayədarlığı ilə istədikləri əməlləri həyata keçirən ermənilər Qafqaza gəlmə bir xalq olduqlarına baxmayaraq, bu qədim və zəngin ərazidə özlərinə yurd salmaq, dövlət yaratmaq üçün hər cür yola-hiyləyə, fitnə-fəsada əl atmışlar.
Onların 1917-ci ildə hazırladıqları planda istər ŞimaliAzərbaycanda, istər bütün Azəbaycan torpaqlarında, istərsə də Qafqazın digər ərazilərində yaşayan azərbaycanlıları bütünlüklə məhv etmək, soyqırım törətmək nəzərdə tutulmuşdu. Onlar, daha doğrusu, erməni daşnak partiyasının liderləri 1918-ci ilin ilk aylarından etibarən Bakıdan başlayaraq Tifl isə qədər məskunlaşan azərbaycanlıları qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökməyi planlaşdırmışdılar. Məhz həmin plana uyğun olaraq, 1918-ci ilin mart-may aylarında Bakıda,Şamaxıda, Quba və Göyçayda ermənilər yerli əhaliyə qarşı kütləvi qırğın tədbirlərinə əl atdılar.(1, s.3)
Beynəlxalq aləmdə hər il qeyd olunan 1918-ci ilin 1 may günü. Yüz minlərlə insanın bayram etdiyi 1 may günü bayram deyil, Qubada qırğın günü oldu.
Ermənilər tərəfindən həyata keçrilən qırğın elə dəhşətli olmuşdur ki, hakimiyyətə yenicə gələn Azərbaycan Xalq Cümhuriyyəti, yaxud Azərbaycan Demokratik Respublikası hökuməti həmin iyul ayının 15-də Fövqəladə İstintaq Komissiayası yaratmış və baş vermiş bütün zorakılıq hallarını diqqətlə təhdid etməyi ona tapşırmışdı. Ələkbər bəy Xasməmmədov (sədr), İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Mixaylov, Mirzə Cavad Axundzadə və V.Qubvilldən ibarət olan komissiyanın hazırladığı bütün materiallar, hökumətin verdiyi fərmana əsasən gərək bütün Avropa dillərində (rus, fransız, alman və təbii ki, türk dillərində) dünyaya bəyan ediləydi. Amma təəssüf ki, bu komissiyanın üzvləri tərəfindən aparılan ciddi tədqiqat işi üzə çıxarılmadı, Rusiya Sovet hökumıtinin 2 fevral 1920- ci il tarixli amnistiya haqqında qanununa əsasən xətm edildi.
Burada belə sual ortaya gəlir: Nə üçün Fövqəladə İstintaq Komissiyasının üzvləri tərəfindən aparılan ciddi tədqiqat işi üzə çıxarılmadı? Niyə həmin ciddi tədqiqat işi Rusiya Sovet hökümətinin amnistiya qanununa əsasən xətm olundu? Səbəb məlumdur: Bolşevik-daşnak dəstələrinin törətdikləri cinayətin üstünü ört-basdır etmək!
Mən qeyd etməliyəm ki, ermənilər və bolşeviklər tərəfindən həyata keçirilən Quba qırğını haqqında məlumat verən ilk tədqiqatçılardanam. Görkəmli alimlər Ziya Bünyadov və Nailə Vəlixanlı tərəfindən AMEA –nın “Xəbərlər”ində dərc edilən materialları oxuduqdan sonra məni dəhşət bürümüşdü. Oxudum və yazdım. Gələcəkdə bəlkə yenə yazacağam. O hadisələr haqqında hələ çox yazılmalıdır. Yazırlar və yazacaqlar.
Göstərilən o dəhşətli cinayət barəsində Vaqif Arzumanlı, Bəxtiyar Nəcəfov, Solmaz Rüstəmova-Tohidi, Ataxan Paşayev və başqa tədqiqatçılar da yazdılar. A.Paşayevin bu məqaləsini oxuyaq: S. Şaumyan və G.Korqanovun göstərişi ilə cəllad Hamazasp və onun cinayətkar daşnak məsləkdaşlarının Quba şəhəri və Quba qəzası kəndlərində tökdüyü minlərlə azərbaycanlının qanı bu günə qədər də yerdə qalmışdır. Məhz bu haqsızlıqlardan ruhlanan azərbaycanlı qanına susamış erməni daşnaklar qaldırdıqları yeni ərazi iddiaları ilə 1988-ci ildən sonra da on minlərlə günahsız azərbaycanlını qətlə yetirmiş, bir milyon nəfəri evsiz-eşiksiz qoymuşlar.
Ermənilər dünya dövlətlərini, xüsusən xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra bilmiş və nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək orada yaşayan minlərlə həmvətənlini qətlə yetirmiş, sağ qalanlarını deportasiya etmiş, onların əmlakını qarət etmiş, həmin yerlərin tarixi abidələrini məhv etmişdi.
Bu gün də həmin siyasət Qərb dövlətləri və Rusiyanın köməyi ilə Azərbaycana və onun millətinə qarşı davam etdirilməkdədir.
Qayıdaq 1918-ci ilin 1 may gününə, o gün törədilmiş qətliam gününə, soyğun gününə.
“Qeyd olunmalıdır ki, Quba hadisələri başlamazdan əvvəl Qubada yüksək rütbəli məmurlardan heç kim yox idi. Qəza komissarı olan Əli bəy Zizikski Bakı və Şamaxıda baş vermiş hadisələrdən sonra öz silahlı dəstələri ilə Dağıstandan azərbaycanlılara kömək üçün gələn Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə Bakının və onun müsəlman əhalisinin bolşevik-daşnak döyüşçülərindən azad olunmasından ötrü Bakı ətrafında döyüşürdü. (2,s.72) Belə ki, artıq Qubaya yol açıq və təhlükəsiz idi. Quba isə demək olar ki, başsız qalmışdı.
Beləliklə, qubalıları cəzalandırmaqdan ötrü Qubaya erməni Hamazaspın “Cəza dəstə” si basqın etdi.
“Cəza dəstəsi” nin tərkibində onun özündən qeyri köməkçisi Nikolaydan və komissarı Venunsdan başqa, yuxarıda təsvir edilən zorakılığın həyata keçirilməsində Qubanın erməni sakinləri də iştirak etmişlər. Arutyun Ayrapetov, dəllək Cavad Arutyunov, balıq sənayeçisi Avakovun oğlu, tacir Mirzə Əmircanovun bacısı uşaqları, tələbə Əmircanovlar, Mirzə Əmircanovun özü…
Bu bələdçi ermənilərin adları Kərim Dünyamalı tərəfindən belə göstərilir.
- Arutyun Ayrapetov
- Dəllək Cavad Arutyunov
- Balıq sənayeçisi Avakov və oğlu
- Tacir Əmircanovun qohum-qardaşları
- Əmircanovun özü
- Dükançı Məlikov
- Vartan
- Quba şəhərində evi olan Qriqorinin oğlu Arutyun
- Tələbə Əmircanov
- Mirzəcanın nəvəsi Arutyun
- Dəyirman sahibi Vartan Avakov
- Arutyun Baba oğlu
- Aleksandr Baba oğlu
- Teteos Yaqub oğlu
- Babacan və oğlu
- Karapetin qohum-əqrəbası (1).
Bolşevik, daşnak, faşist S.Şaumyanın əmri ilə göndərilən “cəza dəstələri” Quba qəzasında 122 yaşayış məntəqəsini yandırmış, 16 min adam qətlə yetirmişdir. Təkcə Quba şəhərində 2 min nəfəri xüsusi amansızlıqla öldürmüşlər.” (3,s.59-60) “Deməli, 1918-ci ilin martında Bakıda və Şamaxıda, may ayında isə Qubada erməni cəlladları tərəfindən müsəlmanlara qarşı aparılan qırğın siyasəti bolşeviklərin və daşnakların Azərbaycanı erməniləşdirmə planının ilk mərhələsi idi. Hətta Şaumyanın özü etiraf etmişdi ki, Hamazaspdan ötəri “Hər bir müsəlman ona görə düşməndir ki, o müsəlmandır”.
“Quba qırğınını törətmək üçün yola düşərkən və qırğından sonra qayıdarkən bütün Quba mahalında dağıdıb viran qoyduqları kənd və başqa yaşayış məntəqələrinin siyahısı prof. Vaqif Arzumanlı tərəfindən onun məlum məqaləsində verilmişdir. Həmin yerlər bunlardır:
Dəvəçi, Sədan, Çarxana, Dərə, Zarat, Sağolcan, Eynibulaq, Ağasıbəyli, Kolanı, Uqah, Nardərə, Siyəzən, Rəhimli, Surra, Qaraqaşlı, Aşağı Quşçu, Sarvan, Əmirxanlı, Qarabulaq, Aygünlü, Qaraqurdlu, Qaraçı, Nərəcan, Xudat, Aşağı Buduq, Xaçmaz, Təzə və Köhnə Canaxır, Qobuçıraq, Mürsəlliqışlaq, Çarxı, Xırdaoymaq, Qaracallı, Yergüc, Hülovlü, Həsən əfəndi, Ərəb, Qarabağlı, Çaxmaqlı, Cığatay, İlxıçı, Avaran, Xural, Çiləgir, Həzrə, Əcəxür, Düztahir, Həsənqala, Urva, Aşağı Əlik, Aşağı Ləkər, Köhnə Xudat, Əvəcük, Zeyxur,Kuzənqışlaq, Kələzəyxur, Yasab, Nügədi, Amsar, İqriq, Əski İqriq, Daşlıyataq, Tskyə (?), Qımılqışlaq, Əlibəyqışlaq, Əniq, Aşağı Xuc, Alpan, Digah, Zizik, Mirzəməmmədkənd, Üçgün, Hacıqaib, Susay, Xucbala, Cimi, Rustov, Yenikənd, Giləzi, Çiçi, Söhüb, Nohurdüzü, Zərqova, Afurca, Xələflər, Cek, Qrız-Dəhnə, Nabran və s. O vaxtlar ermənilərin Quba mahalında yandırdıqları bir sıra kəndlər-Ələxanlı, Ərəb Alməmməd, Ərəb Xəşmnə, Qulamlar, But-but, Tura, Əzizlər, Biş-bişi, Aşağı Küləşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xızı Fəriz, Ərəb Sofu, Qərəblər, Əbilə kəndləri büsbütün dağıdılmış, sonralar dirçələ bilməmişlər. Bəzi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Nığır düzü kimi qədim yaşayış məskənlərində, hətta indinin özündə də 3-5 ev qalıb. Adları çəkilən yaşayış məntəqələrində elə bizim günlərdə təzə binaların özülü üçün yer qazılarkən 79 il əvvəl ermənilərin yandırdıqları binaların külü üzə çıxır! Quba qəzasında ermənilər 30 minə qədər insanı qətlə yetirdikdən sonra daha faciəli qətllər törətməkdə davam etmək niyyətində idilər. Nuru Paşanın gəlişi sonrakı erməni qırğınlarının qarşısını aldı və onları S.Şaumyanın köməylindən məhrum etdi.
Çoxsaylı sənədlərə əsaslanan tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi 1918-ci ildə azğın ermənilər tərəfindən həyata keçirilən Bakı, Şamaxı və Quba qırğınları və onların başvermə səbəbləri haqqında bir neçə cild kitab yazan müəllifdir. Bu yorulmaz tədqiqatçı əsərində hərçənd ki, özünü müəllif deyil, təvözakarlıqla “tərtibçi” adlandırır, bir sıra məsələlərə yenidən, yeni müşahidə və yeni baxımdan yanaşmış, təsdiq deyil, təndiq qələmini işə salmış, öz şəxsi müşahidə və qənaətini bildirmişdir.
Beləliklə, bu kiçik məqalədə, bolşevik-daşnak dəstəsinin Quba bölgəsində 1918-ci ilin 1 mayında əhaliyə qarşı törətdiyi soyqırım siyasəti haqqında deyilmiş fikirləri əks etdirərək, məqalənin əvvəlini bir daha xatırladırıq:
Beynəlxalq aləmdə hər il qeyd olunan 1918-ci ilin 1 may günü. Yüz minlərlə insanın bayram etdiyi 1 may günü bayram deyil, Qubada qırğın günü oldu.
İstifadə edilmiş ədəbiyyat
- Vaqif Arzumanlı. “1918-ci il Quba qırğını”, “Elturan” jurnalı, N 1-2,
bakı, 1994.
- Солмаз Рустамова Тогиди «Куба.Апрель-май 1918 г.Мусульманские
погромы в документах», Баку,2010.
- Kərim Dünyamalı, “Yaddaşlarda qorunan tarix: Arxivlərin lal sükutu nədən
xəbər verir” Bakı,2006.
Şahin Fazil
tarix üzrə elmlər doktoru, professor
“İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
“31 mart – tariximizin faciəli səhifəsi”
Bakı – 2019