
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib.
İlk aksiya bu gün “Bravo” marketlər şəbəkəsi ilə birgə “Koroğlu Bravo” hipermarketində keçirilib. Aksiya zamanı ümumi tutumu 2622 litr olan plastik butulka yığılıb. Bunu AZƏRTAC-a Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O, qeyd edib ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
“Aksiyanın yay mövsümündən başlanılması xüsusi önəm kəsb edir. Çünki bu mövsümdə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə fəal olmağa səsləyirik”.
S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sumqayıtda keçiriləcək. Bu barədə elan nazirliyin saytında və sosial şəbəkələrdə öncədən paylaşılacaq. Növbəti günlərdə aksiya, həmçinin regionlarımızda da davam etdiriləcək.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









