
Azərbaycanın Braziliyadakı Səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir gəncdən “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, məktubda o, Azərbaycan döyüşçülərini salamlayaraq, onlara gedən müharibədə hər bir şəxsin və hər bir yaxşılığın müdafiə edilməsini arzulayıb. Qeyd olunub ki, o şirniyyat almaq üçün ona verilən pullara qənaət edib. O istərdi ki, əsgərlərimiz bu pula özlərinə şirniyyat alsınlar. Məktuba 30 (6 ABŞ dolları) real pul vəsaiti əlavə olunub. Gəncin anası məktubu yekunlaşdıraraq, bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib. Sonda “Bütün sevgi, hörmət və ehtiramımızı sizə göndəririk” sözləri yazılıb.
Qeyd edək ki, Braziliyada 100 mindən artıq erməni yaşadığı halda heç bir vətəndaşlarımız və soydaşlarımız yaşamır və bu sırf yerli insanlar tərəfindən Azərbaycan ordusuna dəstək vermək üçün atılan addımdır.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









